31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması dünyada postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır

Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması dünyada postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır

Pandemiyadan sonra dünya iqtisadiyyatında bərpa prosesləri qeyri-bərabər baş verir. Bunun nəticəsində müəyyən logistika zənciri vaxtilə qırılıb. Onun bərpası gözləniləndən ləng getməkdədir. Bu da nəticə etibarilə bir sıra əmtəənin istehlakçılara təqdim edilməsində problemlər yaradıb. Bu isə qiymətlərin artımına gətirib çıxarıb.

Bu sözləri Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı da bu proseslərdən tam qorunmayıb. Buna görə də Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Bu təsirlərin yumşaldılması məqsədilə dövlətimizin başçısı tərəfindən xüsusi tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib

Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması, eyni zamanda, dünya miqyasında postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?