Pandemiyadan sonra dünya iqtisadiyyatında bərpa prosesləri qeyri-bərabər baş verir. Bunun nəticəsində müəyyən logistika zənciri vaxtilə qırılıb. Onun bərpası gözləniləndən ləng getməkdədir. Bu da nəticə etibarilə bir sıra əmtəənin istehlakçılara təqdim edilməsində problemlər yaradıb. Bu isə qiymətlərin artımına gətirib çıxarıb.
Bu sözləri Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı da bu proseslərdən tam qorunmayıb. Buna görə də Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Bu təsirlərin yumşaldılması məqsədilə dövlətimizin başçısı tərəfindən xüsusi tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib
Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması, eyni zamanda, dünya miqyasında postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır.