24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1200 şəxsə iş yerlərinə göndəriş verilib

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1200 şəxsə iş yerlərinə göndəriş verilib

Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində iş yerlərinə göndəriş verilənlərin sayı 1200-ə çatıb. Onların mühüm hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi proqram üzrə iş yerlərinə göndəriş verilənlərin böyük hissəsi ilə artıq əmək müqavilələri bağlanıb. Digərləri ilə də əmək müqaviləsinin bağlanması işləri davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.

Həmin proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?