12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bu ilin doqquz ayında görülən işlər, postmüharibə dövründə sosial dəstək tədbirləri müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bir il bundan əvvəl Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfəri qeyd edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tarixi Qələbənin xalqımızda sonsuz qürur hissi yaratdığını vurğulayan nazir Vətən müharibəsindən sonra Prezidentin tapşırığı ilə böyük sosial dəstək paketi icra olunduğunu qeyd edib. O, şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət 33 min şəxsin dəstək tədbirləri ilə əhatə olunduğunu, şəhidlərin ailə üzvləri və qazilərlə əlaqədar icra olunan sosial dəstək proqramlarının daha da genişlənəcəyini bildirib.

Qeyd edilib ki, mühüm bir dəstək istiqaməti olaraq Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə həyata keçirilməsi təmin olunub. Onların müraciətinə, zəruri sənədləri təqdim etməsinə ehtiyac qalmadan həmin sənədlər aidiyyəti qurumlardan alınıb və e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub. Şəhid ailələrinin üzvlərindən ibarət 7 min 900 nəfərə 15 min 700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Həmçinin Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi işləri də davam edir. Onlardan 2 min 165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib.

Bu il şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib və ilin sonunadək həmin rəqəm 3 minə çatacaq. Həmçinin müharibə əlillərinin avtomobillə təminatı işləri də davam edəcək.

Bu il 16 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Onlardan artıq 13 min şəxs proqrama cəlb olunub. Özünüməşğulluq proqramına şəhid ailələri və qazilərin cəlb edilməsi xüsusi qeyd edilə bilər. Vətən müharibəsindən sonrakı bir ildə həmin kateqoriyadan olan 5 min 500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də artmaqda davam edir. Müsbət haldır ki, bu ilin doqquz ayında Fondun sosial sığorta daxilolmalarında daha 8 faiz və ya 208 milyon manat artım olub. Büdcə təşkilatları üzrə illik proqnoz da 105 faiz, qeyri-büdcə sektoru üzrə illik proqnoz 113 faiz icra edilib.

Sosial sahədə elektronlaşma proqramı uğurla icra olunur. Nazirliyin elektron xidmətlərinə bu ilin doqquz ayında 11,5 milyon müraciət qeydə alınıb. Bu gün nazirlik üzrə 170 xidmətdən 105-i e-sistemlər üzərindən, o cümlədən 44 e-xidmət proaktiv qaydada göstərilir. Hazırda nazirlik üzrə daha 56 xidmətin də elektronlaşdırılması işləri aparılır. Həmçinin bu ilin yanvar-sentyabr aylarında nazirliyin fəaliyyət sahələri üzrə olan 30 e-arayış xidməti vasitəsilə 465 min e-arayış verilib.

İclasda bir sıra peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi qərara alınıb.

Nazirliyin tabeliyindəki DOST Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyinin bu ilin doqquz ayına dair fəaliyyətinə, habelə sosial müdafiə, pensiya və sosial təminat, təhlil, strateji planlaşdırma və digər aidiyyəti sahələrdə aparılmış işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?