7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid ailələri və müharibə əlillərinə, həssas qruplardan olan digər şəxslərə 50 mənzil təqdim edilib

Oktyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı, Bakının Ramana və Xocasən qəsəbələrindəki yeni yaşayış komplekslərindən daha 50 mənzil şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələrinin məzunlarına təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və Milli Qəhrəman İbad Hüseynov iştirak ediblər.

Nazir müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bir il əvvəl 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirlərini diqqətə çatdıraraq bildirib ki, ümumilikdə 31 min şəhid ailəsi üzvü və qaziyə, erməni terrorundan zərər çəkən şəxsə 39 min xidmət göstərildiyini vurğulayıb. Bu ilin əvvəlindən şəhid ailələri və müharibə əlilləri üçün sosial ödənişlərin növbəti dəfə ciddi şəkildə artırıldığını qeyd edib.

O, ötən dövrdə 11 minə yaxın şəhid ailəsi və müharibə əlilinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edildiyini, dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olanlara verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu il onlara 3 min mənzil və fərdi evin verilməsi işləri aparılır.

A.Kərimov bu il şəhid ailələri və müharibə əlillərinə 1750-yə yaxın mənzilin verildiyini qeyd edərək deyib ki, eyni zamanda, Vətən müharibəsi Qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının mənzillə təminatı üçün tədbirlər görülür.

Həmin mənzillər də daxil olmaqla nazirlik bu il ümumilikdə 2 mindən çox vətəndaşı mənzillə təmin edib. Nazir müavini onu da qeyd edib ki, bu gün şəhid ailələri, müharibə əlilləri ilə yanaşı, gözdən əlilliyi olan şəxslərə və dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına da mənzillər verilir. Bu da ölkəmizdə bütün həssas qrupların dövlətin qayğısı ilə əhatə olunduğunu bir daha təsdiq edir.

Ehtiyatda olan baş çavuş, Milli Qəhrəman İbad Hüseynov şəhid ailələrinə, müharibə əlillərinə mənzillər verilməsinin onlara yüksək dövlət qayğısının daha bir təzahürü olduğunu vurğulayıb.

Mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqlarını bildirib, sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına, müasir tələblərə uyğun yaşayış şəraiti olan yeni mənzillər aldıqları üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?