31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarlar 2022-ci ilin iyul ayında vətəndaşlara təqdim ediləcək

Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarlar 2022-ci ilin iyul ayında vətəndaşlara təqdim ediləcək

Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarlar müəyyən ediləcək. Həmin meyarlar Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi ümumi standartlar və bir çox ölkədəki müsbət nəticə nəzərə alınaraq vətəndaşlara təqdim olunacaq. Bu, bizə daha obyektiv qərar vermək üçün imkan yaradacaq, çünki bu meyarlar individual yanaşmaya əsaslanır. Yeni meyarların 2022-ci ilin iyul ayından etibarən vətəndaşlara təqdim edilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin feysbukda canlı yayımlanan “Sosial saat” proqramındakı çıxışı zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Bildirib ki, yeni meyarlar qəbul edilərkən həm xəstəliklərin, həm funksionallığın beynəlxalq təsnifatı, həm də aparıcı mütəxəssislərin rəyləri nəzərə alınıb. Yeni meyarlara əsasən, əlillik təyinatı orqanizmin funksiyalarının pozulma faizinə görə aparılır. Hazırda I, II və III dərəcə əlilliklər müəyyən edilir və vətəndaşın xəstəliyi yalnız bu üç dərəcəyə uyğun olduqda ona əlillik dərəcəsi verilir. Lakin əlilliyin müəyyən edilməsinin yeni meyarlarında orqanizmin funksiyalarının itirilmə faizi əsas götürüləcək. Xəstəliyin ağırlaşma mərhələləri faizlə hesablanacaq”.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?