31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başlanılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə çatıb. Onlardan 251-u dövlət, 227-i özəl müəssisələrdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənverilən məlumata görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək məqsədi daşıyır.

İşəgötürənlər tərəfindən marafona artıq 2214 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə işlə təmin olunanların sayı da artaraq 617-ə çatıb və onlardan 505-i qazi, 112-i şəhid ailəsi üzvləridir.

Təqdim edilən vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?