30 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcbari sığorta müqaviləsi olmayan 101 min işçi ilə həmin müqavilənin bağlanması təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmiş, lakin icbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlərin həmin müqaviləni bağlaması üçün altsistemdə xəbərdarlıq məlumatları yerləşdirilib.

2020-ci ilin axırlarından başlayaraq 2021-ci ilin aprel ayında yekunlaşan qabaqlayıcı tədbirlərin ilk mərhələsində 620 işəgötürənlə bağlı e-sistem üzərindən araşdırma aparılıb. Onlardan inzibati xəta halları aşkar olunan 156 işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu ilin iyul ayından ikinci mərhələ kimi, 649 işəgötürənin məlumatları təhlil olunub və onlardan inzibati xəta faktları aşkarlanan işəgötürənlərlə bağlı tədbirlərin görülməsi prosesi davam etdirilir.

Ümumilikdə qabaqlayıcı və nəzarət tədbirləri nəticəsində altsistemdə qeyd olunan icbari sığorta müqavilələrinin sayında 101 min artım özünü göstərib.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?