30 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Postmüharibə dövrü üzrə sosial dəstək paketi 26 min şəxsi əhatə edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 26 min şəxsi əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin tədbirlər çərçivəsində şəhid ailələri və müharibə əlillərindən ibarət 9100 nəfərə 18400 sosial ödəniş təyinatı həyata keçirilib, 7 mindən çox şəxsə sosial-psixoloji və reabilitasyayönümlü 10 min xidmət göstərilib, 140 hərbçi yüksək texnologiyalı müasir protezlə, 1200-ə yaxın müharibə əlili 8800-dən çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Həmin kateqoriyalara aid şəxslərin məşğulluq məsələlərinin həlli sahəsində də müvafiq işlər aparılır. Onlardan 7100 şəxs özünüməşğulluq və digər aktiv məşğulluq tədbirlərinə cəlb olunub.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?