26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vətən müharibəsi qaziləri özünüməşğulluq proqramının aktiv iştirakçılarıdır

Vətən müharibəsi qaziləri özünüməşğulluq proqramının aktiv iştirakçılarıdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha bir qrup Vətən müharibəsi qazisi üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, qazilər Cavid Hüseynov avtoçilingər xidmətləri, Ələsgər Salmanov kiçik foto-atelye, Nəriman Qəribov avtomobil şinlərinin təmiri zərfi üzrə avadanlıqlarla təmin edilib. Aktivlər nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlıq çərçivəsində verilib.

Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 5 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlardan bir qismi artıq seçdikləri sahələr üzrə aktivlərlə təmin edilib, digərləri üçün kiçik bizneslərin yaradılması işləri davam etdirilir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?