25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxs üçün kiçik təsərrüfat yaradılıb

Şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxs üçün kiçik təsərrüfat yaradılıb

Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri isə Vətən müharibəsi qazisidir.

Proqrama cəlb olunan şəxslərin ilk olaraq özünüməşğulluqlarının təşkili üçün şəraitlərinin qiymətləndirilməsi həyata keçirilib və təlimlərə cəlb ediliblər. Təlimi uğurla başa vuran şəxslər kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi prosesi davam edir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?