2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi gücləndirilir

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi gücləndirilir

Birinci qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 50 manat həcmində təqaüd veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, təqaüd, kimliyindən asılı olmayaraq, uşağa qulluq edən şəxsə, yəni uşağın valideyninə və əgər uşağın valideyni yoxdursa, qəyyumuna veriləcək.

İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, hazırda Azərbaycanda 58,4 min nəfər fiziki imkanı məhdud uşaq var və həmin uşaqlara ayrılacaq sosial müavinətin həcminin artırılması müşahidə olunur: "Nəzərə alsaq ki, fiziki imkanı məhdud uşağı olan ailələrin xərcləri daha çoxdur, onların gəlirlərinin artırılmasına nail olmaq daha vacibdir. Çünki uşağa baxdıqlarına görə işləyə bilməyən ailə başçıları gəlir və xərc baxımından daha çox itkiyə məruz qalırlar. Düşünürəm ki, bu addım birmənalı şəkildə həmin ailələrə daxil olan vəsaitin artmasına gətirib çıxaracaq. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, sosial islahatlar davamlı olacaq. Bu isə onu göstərir ki, gələcəkdə həmin ailələrə ayrılan vəsaitin artırılmasında ciddi irəliləyişlər gözlənilir".

Fəxriyyə İKRAMQIZI

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?