31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Elektron Hökumətin İnkişafı Mərkəzi biznes təmsilçiləri ilə görüş keçirib

Elektron Hökumətin İnkişafı Mərkəzi biznes təmsilçiləri ilə görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) banklar, sığorta şirkətləri və özəl şirkətlərlə “Hökumət – biznes rəqəmsal həlləri” mövzusunda onlayn görüş keçirib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, EHİM-in direktoru Fariz Cəfərov mərkəz tərəfindən cari görülən işlərin qısa xülasəsini təqdim edib, biznes həlləri haqqında geniş söhbət açıb.
50-yə yaxın şirkətdən 100-ə yaxın nümayəndənin iştirak etdiyi görüşdə vahid məkandan 54 sistemə girişi təmin edən “ASAN Login” Vahid Giriş Sisteminin, özəl qurumların dövlət informasiya ehtiyatlarına çıxışını təmin edən “ASAN Finans”ın, Elektron Sənəd Dövriyyəsi sisteminin funksionallıqları və biznes qurumlarına təqdim etdikləri üstünlüklər haqqında ətraflı məlumat verilib.

Tədbir çərçivəsində proseslərin optimallaşdırılması, resurslara qənaət və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi daşıyan rəqəmsal həllər haqqında özəl sektorda fəaliyyət göstərən qurumların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
EHİM biznes təmsilçiləri ilə mütəmadi olaraq görüşlər keçirir. Bu görüşlərin məqsədi özəl sektorun rəqəmsal xidmətlərlə bağlı rəy və təkliflərini öyrənmək, bu sektorda rəqəmsal həllərin istifadəsini daha da genişləndirmək, vətəndaş məmnunluğunu təmin etməkdir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?