9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial xidmətlər sahəsi üzrə mühüm layihə və innovativ təşəbbüslərin təqdimatı olub

Aparılan islahatlar sosial xidmətlər sahəsində də elektron infrastrukturun formalaşmasına, bu sahədə müasir və çevik idarəçilik-monitorinq sisteminin qurulmasına yönəlib. Sosial Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin yaradılması xidmət göstərilənlərlə bağlı bütün məlumatları real vaxt rejimində əhatə edən sosial xidmətlər xəritəsi modelinin tərtib olunmasına imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq sahələr üzrə mühüm layihə və innovativ təşəbbüslərin təqdimatı ilə əlaqədar onlayn formada keçirilən tədbirdə bildirib.

Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının sosial xidmətlərin inkişafı istiqamətində də ciddi irəliləyişlərə imkan verdiyini vurğulayıb.

Qeyd edib ki, son iki ildə və cari ilin ilk rübündə müasir tələblərə uyğun 12 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib və bu proses davam edir. Eyni zamanda, sosial xidmətlərin operativ, müasir iş prinsipləri əsasında idarə olunması mexanizmi yaradılır. Bu xidmətlərin keyfiyyətinin və operativliyinin, əlçatanlığının artırılması, sosial xidmətlərə ehtiyac duyan insanlarla işin, onlara qayğı göstərilməsi prosedurlarının qabaqcıl dünya təcrübəsi əsasında qurulması əsas hədəflərdəndir.

S.Babayev hazırda 1200-dən çox şəxsin daimi dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində sosial modelə keçid prosesini diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd həmin insanların cəmiyyətə inteqrasiyası, digərlərindən asılı olmadan, sərbəst şəkildə öz həyatlarına səfərbər olmaları üçün sosial reabilitasiya məqsədli işlərin gücləndirilməsidir. Ümumilikdə, sosial xidmətlərin əsas məqsədini xidmət göstərilən şəxslərin həyatında müsbət dönüşə, pozitiv dəyişikliyə, fəal həyata dönüşə nail olmaq təşkil etməlidir.
Nazir möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsinin qazilərinin, şəhid ailələrinin sosial dəstəklə təminatı işlərinin davam etdirildiyini diqqətə çatdırıb.

Postmüharibə dövründə Sosial Xidmətlər Agentliyinin xətti ilə bu kateqoriyadan olan vətəndaşların sosial-psixoloji dəstəklə təmin olunması işlərinin əhəmiyyətini, bu işlərin minlərlə insanı əhatə etdiyini diqqətə çatdırıb. Bundan sonra da qazi və şəhid ailələrinə sosial dəstək işlərinin fəaliyyətində prioritet istiqamət təşkil edəcəyini vurğulayıb.

Sonra “Psixososial yardım xidməti”, “Sağlamlıq imkanları məhdud 0-6 yaşarası uşaqların səyyar sosial reabilitasiyası”, “Sosial iş üzrə virtual təlim proqramı”, “Azərbaycanda sosial xidmətlərin və əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi” və başqa mövzularda təqdimatlar olub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?