21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məcburi köçkünlərə yeni evlər verilib

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını sosial siyasətin əsas prioritetlərindən elan edərək, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirib. İndiyədək on minlərlə məcburi köçkün ailəsi onlar üçün salınmış qəsəbə və yaşayış komplekslərində ev və ya mənzillə təmin olunub. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərir, onların yaşayış, təhsil, səhiyyə və digər məsələlərlə bağlı problemlərini həll edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Аzərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş əlavələrin icrası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin 2008-ci il 7 may tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi salınıb. Tikinti işləri Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 2020-ci ildə ayrılan vəsait hesabına, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib və qəsəbənin inşası ötən ilin oktyabr ayında başa çatdırılıb.

Rayonun Əhmədbəyli kəndi ərazisində 17,3 hektar sahədə salınmış qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-si dördotaqlıdır.

Qəsəbədə elektrik enerjisi və su təchizatı sistemi yaradılıb, nasosxana tikilib və yanğınsöndürmə hidrantları quraşdırılıb, 2,9 kilometr yol, 5,2 kilometr qaz xətti çəkilib, 7,3 hektar sahə yaşıllaşdırılıb.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin Repatriasiya Departamenti qəsəbədəki evlərin bölgüsündə şəffaflığı və ədalətliliyi təmin etmək üçün püşkatma keçirib. Püşkatmanın nəticəsində müvafiq qaydada məcburi köçkünlərin yeni evlərdə yerləşdirilməsinə başlanılıb.

Bundan başqa, Bakıda müvəqqəti məskunlaşmış 30 məcburi köçkün ailəsinə, onların fərdi müraciətləri əsasında, Füzuli rayonundakı daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılıb. Belə ki, bu ailələrə məxsus olan və Birinci Qarabağ müharibəsi zamanı dağıntıya məruz qalan evlər, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən tikilib və sahiblərinə verilib. Tikinti işləri ötən il dövlət büdcəsindən komitəyə ayrılmış vəsaitdən əldə edilən qənaət hesabına aparılıb.

Məcburi köçkünlər daimi yaşayış yerlərində məskunlaşdıqlarına, zəruri məişət şəraiti ilə təmin olunduqlarına görə onların sosial rifahının yaxşılaşmasına böyük diqqət və əvəzsiz qayğı göstərən ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?