26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar ayında sosial təminat üzrə əhaliyə 486,9 milyon manat vəsait ödənilib

Yanvar ayında sosial təminat üzrə əhaliyə 486,9 milyon manat vəsait ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında ümumilikdə 2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9 faiz və ya 51,8 milyon manat çox olmaqla 486,9 milyon manat vəsait ödənilib.

Onu da bildirək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 faiz indeksləşdirilərək artırılması təmin edilib. Həmin artımlar üçün fond tərəfindən əlavə olaraq illik 444 milyon manat sərf olunacaq.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?