31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmək pensiyaları nə qədər artırılıb?

Əmək pensiyaları nə qədər artırılıb?

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən pensiyaların artımı nə qədər olacaq?

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, indeksləşdirmə, yəni artımlar əmək pensiyalarının bütün növlərinə şamil olunur: “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:

- yaşa görə əmək pensiyası;

- əlilliyə görə əmək pensiyası;

- ailə başçısını itirməyə görə əmək pensiyası.

Deməli, növündən asılı olmayaraq vətəndaşın əmək pensiyasının məbləğinə artım hesablanacaq. Bununla belə, indeksləşdirmə əmək pensiyalarına əlavələrə şamil edilmir.

Artım məbləğinə gəldikdə, qanunvericiliyə əsasən, əmək pensiyaları əvvəlki ilin nominal orta aylıq əməkhaqqının artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə görə indeksləşdirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkəmizdə nominal orta aylıq əməkhaqqı 11,4 faiz artıb. Deməli, əmək pensiyalarının məbləği də indeksləşdirilərək 11,4 faiz artır. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləğv olundu. Buna görə də pensiya məbləği tam indeksləşdirilir.

Məsələn, pensiyası 300 manat olan vətəndaşın indiyədək aldığı məbləğin üzərinə 34 manat 20 qəpik əlavə olunacaq. 400 manat pensiya məbləğində isə 45 manat 60 qəpik artım olacaq. Pensiya məbləği yüksəldikcə məbləğin artımı da çoxalır. Hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə 11,4 faiz gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya bilər”.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?