31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır

İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də erməni faşizminin işğalından azad edilmiş yurd yerlərimizə qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramlarının hazırlanmasıdır. Bu sahədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev BƏT-in Moskva ofisinin direktoru Olqa Kulayeva ilə onlayn görüşdə bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, o, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Qələbəsindən bəhs edib. İşğaldan azad edilmiş yurd yerlərinə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparılacağını diqqətə çatdırıb. A.Əliyev ötən dövrdə Azərbaycanla BƏT arasında müsbət əməkdaşlıq təcrübəsini qeyd edib.

Nazir müavini bildirib ki, “Azərbaycan Respublikasının 2021-2025-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” layihəsinin hazırlanmasında da BƏT-lə birgə işlərin aparılması nəzərdə tutulur.

Görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi işlərinin ekspert qiymətləndirilməsi sahəsində görüləcək birgə işlər qeyd edilib. Əlilliyi olan şəxslər, xüsusilə müharibə ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərlə bağlı beynəlxalq təcrübə əsasında peşə hazırlığı kurslarının təşkili üçün xüsusiləşdirilmiş təlim proqramlarının, peşəyönümü testlərin hazırlanması, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və s. sahələrdə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?