25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şəhid ailələri üzvlərindən 2700-dən çox şəxsə sosial ödənişlər təyin edilib

Şəhid ailələri üzvlərindən 2700-dən çox şəxsə sosial ödənişlər təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Fond artıq 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.
Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.
Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır. Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir. Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?