31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2020-ci ildə 12 min şəxs özünüməşğulluq proqramına cəlb olunub

2020-ci ildə 12 min şəxs özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə 12 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onların sırasına şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, aztəminatlı, habelə çoxuşaqlı ailələrin üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri daxildir. Proqrama cəlb olunanlara biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunan “Sosial bağlar” layihəsi də özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir.
Layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-ci ildə 125 ailə, 2019-cu ildə 250 ailə üçün intensiv meyvə bağları salınıb. 2020-ci ildə də layihə üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?