31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu gün daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub

Bu gün daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün ölkənin bir sıra rayonlarında daha 64 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib.
Bərdə rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən H.Abdullayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların ailə üzvlərinin sosial müdafiəsi daim diqqətdə saxlanılır. Prezident İlham Əliyev tərəfindən şəhid ailələri, eyni zamanda müharibə əlilləri ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Ötən dövrdə onlarla bağlı mühüm sosial proqramlar icra olunur və həmin proqram daim genişlənir. Bununla yanaşı, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri və bu müharibənin iştirakçıları üçün də sosial dəstək tədbirləri həyata keçirilir.
Nazir müavini şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı, onların sosial ödənişlərlə təmin olunması işlərini, həmin ödənişlərin ötən dövrdə dəfələrlə artırıldığını diqqətə çatdırıb. Aktiv məşğulluq tədbirlərində də onlara üstünlük verildiyini qeyd edib.
H.Abdullayev xüsusilə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi evlərlə təminatı proqramının uğurla davam etdirildiyini və genişləndirildiyini vurğulayıb. Bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 1350-dək mənzil və fərdi evin təqdim edildiyini bildirib.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri 2020-ci ilin Azərbaycanın tarixinə Zəfər ili kimi qızıl hərflərlə həkk olunduğunu, xalqımıza bu şanlı qələbəni bəxş edən Prezident, Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Ordumuzla fəxr etdiklərini bildiriblər. Onlar sosial təminatlarının gücləndirilməsi məqsədilə aparılan ardıcıl işlərə, yeni mənzil və fərdi evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?