6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək

Bakıda növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək

1-3 may 2026-cı il tarixlərində Bakıda növbəti Beynəlxalq Xalça Festivalı baş tutacaq. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival 1 may tarixində əsas mövzusu “Xalça sənayesi: Dəyər, dizayn və rəqabət qabiliyyəti” olan, Bakı Biznes Mərkəzində baş tutacaq Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspert, dizayner, istehsalçı, tədqiqatçı, ixrac və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.

2-3 may tarixlərində festival İçərişəhərin tarixi küçələrində davam edərək, qədim karvansaraylar, meydanlar, tarixi evlər xalça sərgiləri, ustad dərsləri, musiqili tədbirlərə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda təqdim edəcəklər. Bundan əlavə, bir neçə məşhur xarici və yerli rəssamların İçərişəhərdə yerləşən qalereyalarında sərgiləri də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan xalçaçılarının peşə bayramı, “Xalçaçı günü”nə həsr olunan Xalça Festivalı bu il həm də “Azərxalça” ASC-nin 10 illik yubiley tarixinə təsadüf edir.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması