5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Samir Rəsulov: “Fərdi məlumatların mühafizəsini qabaqcıl təcrübə əsasında təşkil etmək prioritet hədəflərdəndir”

Samir Rəsulov: “Fərdi məlumatların mühafizəsini qabaqcıl təcrübə əsasında təşkil etmək prioritet hədəflərdəndir”

Azərbaycanda "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi hazırlanır. “vergiler.az” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov Bakıda keçirilən "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisində məlumat verib. Onun sözlərinə görə, yeni qanunun tətbiqi mexanizmləri, işlənməsi və fərdi məlumatların mühafizəsi barədə cəmiyyətin maarifləndirilməsi istiqamətində artıq layihələrin icrasına başlanılıb:

“Bankların, maliyyə təşkilatlarının və əhalinin kibertəhlükələrə qarşı hazırlıqlı olması böyük əhəmiyyət daşıyır. Azərbaycanda beynəlxalq təcrübələrdən, müasir yanaşmalardan istifadə edərək kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib. Ölkədə fərdi məlumatların mühafizəsini ən yüksək səviyyədə və qabaqcıl təcrübə əsasında təşkil etmək, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etmək prioritet hədəflərdəndir”, – S.Rəsulov vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasıya İttifaqının sonuncu “Qlobal təhlükəsizlik indeksi”ndə Azərbaycan 15 pillə irəliləyərək 40-cı yerdə qərarlaşıb.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması