5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ümumdünya Akkreditasiya Gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Akkreditasiya Gününə həsr olunmuş tədbir keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzində (AzAK) 9 İyun – Ümumdünya Akkreditasiya Günü münasibətilə uyğunluğu qiymətləndirən qurumların və inspeksiya orqanları nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, tədbirdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, uyğunluğu qiymətləndirən qurumların və inspeksiya orqanlarının fəaliyyətindəki prioritet vəzifələr müzakirə olunub. Həmçinin ölkədə sahə üzrə görülən işlərin müasir tələblərə uyğunlaşdırılmasının və xarici bazara çıxışın təmin edilməsi üçün beynəlxalq təşkilatlara üzvlüyün önəmi vurğulanıb.

Görüşdə AİBNDX-nin, Azərbaycan Metrologiya və Standartlaşdırma İnstitutlarının və İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri də iştirak edib.

Sonda beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində AzAK tərəfindən birgə təlimlərin təşkili, uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin təkmilləşdirilməsi və qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması