13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması necə tənzimlənir?

Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə gətirdiyimiz nəqliyyat vasitələrindən birinin motoru xarab olduğuna görə yenisi ilə əvəz edilmişdir. Yeni motor hansı qaydada amortizasiya olunmalıdır? Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə gətirdiyimiz həmin nəqliyyat vasitəsinin xarab olmuş motorunu satışa çıxarmaq mümkündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydaları”nın müddəalarına əsasən əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tez köhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər isə cari təmir məsrəflərinə aid edilir.

Eyni zamanda, vergitutma məqsədləri üçün təmir məsrəflərinin cari təmir məsrəfləri və əsaslı təmir məsrəfləri olmasından asılı olmayaraq, əsas vəsaitlərin təmirinə çəkilən xərclər Vergi Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində alınan nəqliyyat vasitəsi balansda uçota alındığı halda, həmin əsas vəsaitin ehtiyat hissələrinin alınmasına çəkilən xərclər, eləcə də həmin hissələrin dəyişdirilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir.

Əlavə olaraq, Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinin müddəaları icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclərin çıxılmasını tənzimləyir.

İkinci sualla bağlı bildiririk ki, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə gətirilən nəqliyyat vasitəsinin xarab olmuş motorunun satılmasına vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır və bu təqdimetmədən əldə olunan gəlirlər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirlərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı.

VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir?