4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Herbert Saymon

Amerika alimi Herbert Aleksander Saymon 1916-cı il iyunun 15-də Viskonsin ştatının Miluoki şəhərində elektrik mühəndisi ailəsində anadan olub. 1933-1936-cı illərdə Çikaqo Universitetində siyasi elmlər ixtisası üzrə təhsil alıb, eyni zamanda iqtisadiyyat, məntiq, fizika və biofizikanı öyrənib. Sonrakı bir neçə ildə bələdiyyə orqanlarının fəaliyyətinə dair araşdırma aparıb, 1939-1942-ci illərdə Berklidəki Kaliforniya Universitetində tədqiqat qrupuna rəhbərlik edib. 1943-cü ildə Çikaqo Universitetində siyasi elmlər doktoru dərəcəsi alıb.

1947-ci ildə onun klassik kitablarından birincisi – “İnzibati davranış” (Administrative Behavior) çapdan çıxıb. Təşkilatların necə fəaliyyət göstərməsinin prinsiplərini araşdırmaqdan əlavə, otuz ildən sonra ona Nobel mükafatını gətirəcək "məhdud rasionallıq" (bounded rationality) konsepsiyasını açıqlayıb. "Məhdud rasionallıq" ideyası iqtisadi deyil, sosial-psixoloji və hətta antropoloji sahəyə aiddir və mahiyyəti ondan ibarətdir ki, insan axtarışda olarkən və qərar qəbul edərkən bir çox hallarda, lakin müəyyən şərtlərdə və əksərən ən yaxşı həll üçün səy göstərmir, optimal qaneedici həll olmasa da birincisi ilə məhdudlaşır.

1949-cu ildə Pittsburqdakı Karnegi Texnologiya İnstitutunda professor kimi fəaliyyət göstərib və burada Sənaye İdarəetmə Məktəbinin yaradılmasına kömək edib. Bütün sonrakı elmi həyatını Karnegi İnstitutunda keçirib. A.Nyuelllə birlikdə bu az tanınan təhsil ocağının nüfuzlu universitetə və dünyanın aparıcı informatika mərkəzlərindən birinə çevrilməsində böyük rol oynayıb, İnformatika Məktəbinin yaradılmasında bilavasitə iştirak edib.

Dəqiq metodların sosial elmlərə tətbiqinə sadiq qalaraq 1940-1950-ci illərin sonunda axtarış və qərar qəbuletmə proseslərinin kompüter simulyasiyası vasitəsilə öyrənilməsinin məqsədəuyğun olacağı qənaətinə gəlib.

1952-ci ildə RAND korporasiyasında A. Nyuell ilə tanış olub. Məntiq nəzəriyyəçisi modeli 1955-ci ilin dekabrında yaradılıb, 1956-cı ilin yayında kompüter proqramı, 11 sentyabr 1956-cı ildə isə model şəklində həyata keçirilib. Bu barədə Massaçusets Texnologiya İnstitutunda informasiya nəzəriyyəsi üzrə simpoziumda məlumat verilib.

1950-ci illərdə Saymon və Nyuellin işi kompüter elminin və kompüter texnologiyasının inkişafına son dərəcə mühüm təsir göstərib.

1950-ci illərin sonlarında Saymon iqtisadiyyat və idarəetmə nəzəriyyəsini öyrənməyə davam edib. 1960-1970-ci illərdən başlayaraq, xüsusən də 1970-ci illərdə süni intellekt, koqnitiv psixologiya, sonralar isə elmin məntiqi, metodologiyası və psixologiyası problemləri onun tədqiqatlarında getdikcə əhəmiyyətli yer tutmağa başlayıb.

1979-cu ildə “Fikir modelləri” əsərinin birinci, 1989-cu ildə isə ikinci cildini nəşr etdirib. 1980-ci illərin əvvəllərində özünün süni elmlər konsepsiyası çərçivəsində süni intellektin nəzəri komponenti və eyni zamanda intellektin fənlərarası sintezi kimi yaranan yeni elmi fənnin - insan təfəkkürü haqqında koqnitiv elmin əsaslarını yaradıb.

Herbert Saymonun qəribəliklərindən biri bu olub ki, o, qəzet oxumur və televizora baxmırdı, çünki inanırdı ki, vacib bir şey baş verərsə, bu barədə kimsə mütləq ona danışacaq, ona görə də mediaya vaxt itirməyə dəyməz.

1978-ci ildə isə media onun adını dünyaya yaydı, Herbert Saymon "iqtisadi qurumlarda qərarların qəbulu prosesində novator tədqiqatlarına görə" Nobel mükafatına layiq görüldü.

Herbert Saymon 9 fevral 2001-ci ildə Pittsburqda vəfat edib.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması