29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Bertil Olin

İsveç iqtisadçısı Bertil Qotthard Olin 23 aprel 1899-cu ildə Klippan şəhərində hüquqşünas və yüksək rütbəli polis məmurunun ailəsində dünyaya gəlib.

1917-ci ildə Lund Universitetində riyaziyyat və statistika üzrə bakalavr, 1919-cu ildə Stokholm İqtisadiyyat Məktəbində iqtisadiyyat üzrə magistr, 1923-cü ildə Harvard Universitetində iqtisadiyyat üzrə magistr, 1924-cü ildə Stokholm Universitetində iqtisadiyyat elmləri doktoru dərəcəsi alıb.

1920-ci ildə İsveç İqtisadi Şurasının katibinin köməkçisi vəzifəsində çalışıb. 1921-ci ildən İsveç Ali Hərbi Dəniz Qüvvələrində xidmət edib. 1924-1929-cu illərdə Kopenhagen Universitetinin professoru olub. Burada müəllim kimi fəlayyət göstərib. 1929-1965-ci illərdə isə Stokholm İqtisadiyyat Məktəbində çalışıb.

1931-ci ildə Evy Kruze ilə evlənib, bir oğlu və iki qızı olub. Böyüyəndə Liberal Partiyasının üzvü olan qızı Anna 1991-1994-cü illərdə İsveçin ilk qadın maliyyə naziri olub.

Bertil Olin 1937-ci ildə yarım il Berklidəki Kaliforniya Universitetinə qonaq professor kimi dəvət olunub.

Sonradan siyasi fəaliyyətə başlayıb. 1938-1970-ci illərdə İsveç parlamentinin üzvü, 1944-1945-ci illərdə ölkənin ticarət naziri, 1944-1967-ci illərdə Liberal Xalq Partiyasının lideri, Avropa Şurasında İsveçin təmsilçisi olub.

Stokholm İqtisadçılar Məktəbinin nümayəndəsi kimi Knut Uikselin qoyduğu prinsiplərə uyğun olaraq makroiqtisadi siyasətin nəzəri şərhlərini işləyib hazırlayıb. Onun məcmu tələbin əhəmiyyəti ilə bağlı elmi əsəri Keyns nəzəriyyəsinin yaranmasına yol açmışdı. Qeyd edək ki, Keyns nəzəriyyəsinə görə, ümumi məşğulluq əməkhaqqının hərəkəti ilə deyil, “milli gəlirin” istehsal səviyyəsi ilə, yəni istehlak və kapital rifahın səmərəli məcmu tələbi ilə müəyyən edilir.

Bertil Olinin əsərlərinin çoxu Keyns nəzəriyyəsi ilə sıx bağlıdır. Öz təhlillərində qənaətə meyil, likvidlik və multiplikator üstünlükləri kimi amillərə daha artıq diqqət yetirmişdir.

Müəllimi Eli Hekşerin beynəlxalq ticarət nəzəriyyəsini inkişaf etdirərək 1933-cü ildə “Regionlararası və beynəlxalq ticarət” əsərini nəşr etdirib. Bu əsər Hekşer-Olin nəzəriyyəsinin tərifini verərək bütövlükdə Hekşer-Olin modelini formalaşdırır. Həmin modelə əsasən, azad ticarət şəraitində müxtəlif ölkələrdə istehsal amillərinin qiymətlərində tarazlıq və nəticədə ümumi iqtisadi tarazlıq əldə edilir.
Bertil Olinin makroiqtisadi nəzəriyyəsi nisbətən az tanınır. Bu sahədə o, “İsveç məktəbi”nin ideyalarını tam dəstəkləyib.

Bertil Olin Britaniyalı iqtisadçısı Ceyms Mead ilə birlikdə 1977-ci ildə "beynəlxalq ticarət və beynəlxalq kapital hərəkətləri nəzəriyyəsinə qabaqcıl töhfələrinə görə" İqtisadiyyat üzrə Alfred Nobel Memorial Mükafatına layiq görülüb.

Onun adı beynəlxalq sərbəst ticarətin standart riyazi modellərindən biri olan Hekşer-Olin modelinin həmmüəllifi kimi daha çox xatırlanır.

Bertil Olin 1979-cu il avqustun 3-də İsveçin şimalında tətildə olarkən dünyasını dəyişib.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb