27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı – Milton Fridman

Amerika iqtisadçısı Milton Fridman 1912-ci ildə Bruklində (Nyu-York) tekstil ticarəti ilə məşğul olan macar mühacir ailəsində anadan olub. Fridmanlar ailəsi bir qədər sonra Nyu-Cersiyə köçüb və Rauey şəhərində məskunlaşıb. Milton burada orta məktəbi dəqiq elmlər üzrə ən yüksək balla bitirib (1928). Müsabiqə yolu ilə Rutgers Universitetinə qəbul olunub, təhsilini tamamlayandan sonra 1932-ci ildə iki fənn - iqtisadiyyat və riyaziyyat üzrə bakalavr dərəcəsinə layiq görülüb.

Universitetdə iki assistentin – sonradan ABŞ Federal Rezerv Sisteminin direktoru olmuş Artur F.Börns və faiz dərəcəsi nəzəriyyəsi sahəsində nüfuz qazanmış Homer Consun təsirinə düşüb.
Çikaqo Universitetində magistr dərəcəsi aldıqdan sonra (1933) elmi fəaliyyətə başalyıb. Lakin universitetdə müəllim vəzifəsinə keçə bilmədiyinə görə Çikaqodan Vaşinqtona getməli olub (1935), burada Təbii Sərvətlər Komitəsində iş tapıb.

ABŞ prezidenti Ruzveltin “Yeni kurs”u ilə tanış olan Milton, dövlətin iqtisadi siyasətinin səmərəsiz olduğu qənaətinə gəlib. 1937-ci ildə ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosu (NBEI) ilə əməkdaşlığa başlayıb və orada aparıcı iqtisadçı vəzifəsində çalışıb, sonradan Nobel mükafatına layiq görülmüş Simon Kuznetsin köməkçisi olub. NBEI ilə əməkdaşlıqda o, pul nəzəriyyəsinin yaradılması üzərində uzunmüddətli işə başlayıb.

Milton Fridman 1938-ci ildə evlənib, həyat yoldaşı Rouz da iqtisadçı idi; onların tanışlığı Çikaqo Universitetində birgə elmi iş üzərində çalışarkən başlamışdı. Bu, iki həmfikir insanın ömürlük birliyinin başlanğıcı idi.

1950-ci ildə Qərbi Avropanın müharibədən zərər çəkmiş iqtisadiyyatlarının bərpasını nəzərdə tutan “Marşal planı”nın həyata keçirilməsində məsləhətçi kimi fəaliyyət göstərib. O, sabit məzənnənin milli valyutanın çökməsinə səbəb olacağı ideyasını irəli sürüb. Onun dedikləri öz təsdiqini 1970-ci illərdə Avropa iqtisadiyyatında tapdı, ona görə də indi əksər ölkələr “üzən məzənnə” siyasətindən istifadə edirlər.

Fridman prezident Riçard Niksonun müşaviri kimi böyük şöhrət qazanıb. Lakin 1971-ci ildə qiymətlərə və əməkhaqqına ciddi nəzarətin yaradılması məsələsində onların fikirləri fərqli idi.

1966-cı ildən "Newsweek" jurnalında nəşr etdirdiyi məqalələrdə dövlətin sosial siyasətə qarışmamasının vacibliyi ideyasına dayanan istehlakçı davranışı nəzəriyyəsini əsaslandırmışdı və bunu özünün əsas nailiyyəti hesab edirdi. O, öz xidmətlərinin əhəmiyyətini təkcə fəxri mükafatlar almaqla deyil, həm də ABŞ Ordusunun sonradan müqaviləyə keçməsi, hərbi xidmətin ləğvi ilə əlaqələndirirdi.

Milton Fridman 1976-cı ildə "istehlakın təhlili, pul dövriyyəsi tarixi və monetar nəzəriyyənin inkişafında əldə etdiyi nailiyyətlərə, habelə iqtisadi sabitləşdirmə siyasətinin mürəkkəbliyinin praktiki nümayişinə görə" iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

2002-ci ildən onun öz adına mükafat təsis olunub və “Azadlığın inkişafı naminə” adlanan bu mükafat hər il Katon İnstitutu tərəfindən verilir.

Milton Fridman 2006-cı ildə vəfat edib.

VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi?