12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Fridrix fon Hayek

Avstriya və Britaniya iqtisadçısı, filosof, yeni Avstriya liberal iqtisadiyyat və azad bazar məktəbinin nümayəndəsi Fridrix Avqust fon Hayek 8 may 1899-cu ildə Avstriyanın paytaxtı Vyanada anadan olub. 1917-ci ildə məktəbi bitirdikdən sonra Avstriya ordusuna çağırılıb və Birinci Dünya Müharibəsində iştirak edib. 1918-ci ildən o, Vyana Universitetində hüquq, iqtisadiyyat, fəlsəfə və psixologiya ixtisasları üzrə təhsil alıb, daha sonra iqtisadiyyat üzrə ixtisaslaşıb. Hüquq elmləri doktoru (1921) və iqtisad elmləri doktoru (1923) elmi dərəcələrini alıb. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra bir il ABŞ-da Nyu-York Universitetində tədqiqatçı köməkçisi kimi çalışıb, Kolumbiya Universitetində biznes dövrü üzrə mühazirə kursunda iştirak edib və “Business Annals” jurnalı üçün statistik tədqiqatlara qoşulub.

1924-cü ildə Avstriyaya qayıdaraq dövlət qulluğunda çalışıb, həmçinin dövrün böyük iqtisadçısı Lüdviq fon Mizesin təşkil etdiyi özəl seminarının üzvü olub. Beləliklə, iqtisadi məsələləri müzakirə etmək üçün ayda bir neçə dəfə görüşən nüfuzlu Avstriya iqtisadçıları və filosoflarından ibarət seçmə mütəxəssilərdən ibarət bir qrupa daxil olub. O dövrdə ABŞ-da aparılan iqtisadi tsikllərin empirik tədqiqatlarından həvəslənərək 1927-ci ildə L. von Mizes ilə birlikdə Avstriya İqtisadi Tədqiqatlar İnstitutunu təsis edib və onun ilk sədri (1927-1931) olub.

1931-1950-ci illərdə Böyük Britaniyada London İqtisadiyyat Məktəbində siyasi iqtisadiyyat və statistika professoru kimi fəaliyyət göstərib. 1938-ci ildə Britaniya vətəndaşlığını qəbul edib.

1950-1962-ci illərdə ABŞ-ın Çikaqo Universitetində sosial elmlər və etika professoru olub. 1963-1968-ci illərdə Almaniyanın Frayburq Universitetində iqtisadi siyasətdəm dərs deyib. 1969-1977-ci illərdə Avstriyanın Zalsburq Universitetində adyunkt-professoru adını alıb. 1977-ci ildə Frayburq Universitetinə qayıdıb və ömrünün qalan hissəsini bu təhsil ocağına həsr edib.
F.A.Hayek fərdin hər hansı zorakılıqdan azad olması ideyasına əsaslanan iqtisadi və siyasi liberalizmin ardıcıl tərəfdarı olub. O, elmi fəaliyyəti boyu dövlətin iqtisadiyyata müdaxiləsinə qarşı çıxıb. Hayekin gənc yaşlarında irəli sürdüyü bəzi nəzəriyyələr qırx il sonra hazırlanmış makroiqtisadi konsepsiyalarda mühüm rol oynayıb.

1974-cü ildə Qunnar Myurdal ilə birlikdə "pul və iqtisadi tərəddüdlər nəzəriyyəsi üzrə fundamental işlərə və iqtisadi, sosial və institusional hadisələrin qarşılıqlı asılılığının dərin təhlilinə görə" iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb. Nobel mükafatından əlavə, dünyanın ən nüfuzlu mükafatları və fəxri adları ilə təltif olunub.
Fridrix fon Hayek 23 mart 1992-ci ildə 92 yaşında Frayburqda vəfat edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?