26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bayrağımızı zirvələrə yüksəldən Zəfərimiz əbədi olsun!

Tariximizin son 273 illik dövrünün ən böyük qələbəsinin – Vətən müharibəsinin başa çatmasının ikinci ildönümü – Zəfər bayramı və Bayraq Günü ərəfəsindəyik. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Sovet imperiyasında mərkəzdənqaçma meyllərinin güçlənməsi, milli respublikalarda azadlıq hərəkatlarının başlanması xalqımızın da müstəqillik arzularının gerçəkləşməsi üçün tarixi imkanlar yaratdı. Məhz bu imkanları milli dövlətçilik ənənələrini bərpa etmək üçün tarixi fürsət bilən xalqımız Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Lakin, tarixi şərait, dövrün dövlətimiz və xalqımız üçün uyğun olmayan şərtləri, hərəkata rəhbərlik edənlərin səriştəsizliyi və bacarıqsızlığı fonunda erməni daşnakları və terroristlərinin havadarlarının dəstəyi ilə həyata keçirdikləri işğalçılıq siyasəti yenicə azadlıq əldə edən Azərbaycanın müstəqilliyini sual altında qoydu. 1993-cü ilin həmin ağır günlərində ümummili lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı, onun böyük dövlətçilik təcrübəsi, “bundan sonrakı həyatımı xalqımın xoşbəxt gələcəyi uğrunda qurban verməyə hazıram” amalı uğrunda mübarizəsi qısa müddət ərzində dövlətimizin üzərindən qara buludların çəkilməsinə, Azərbaycanın inamlı və davamlı inkişaf mərhələsinə qədəm qoymasına səbəb oldu. Təəssüf ki, ulu öndər hakimiyyətə qayıdanda tarix Azərbaycanı bir çox istiqamətlərdə ağır itkilərlə, xüsusilə, 20 faizdən artıq torpağımızın işğalı və bir milyondan artıq insanımızın qaşqın və məcburi köçkünə çevrilməsi faktı ilə qarşı-qarşıya qoymuşdu.

30 il bundan öncə Ermənistan havadarlarının hesabına Azərbaycan torpaqlarını, Qarabağı işğal edəndə, yüzlərlə insanımız qətl ediləndə, körpələr, hamilə qadınlar süngüyə keçiriləndə, Xocalı soyqırımı kimi XX əsrin ən böyük insanlıq faciəsi törədiləndə, yüz minlərlə insanımızın elementar hüquqları ayaqlar altına atılanda, qaçqın, məcburi köçkünlərə çevriləndə dünya bu hadisəyə susdu, erməni vandallarının cinayətlərini görməzdən gəldi. 30 il ərzində Azərbaycan xalqı və dövlətinin beynəlxalq hüquqla təsbit olunmuş hüquqları təmin edilməyəndə, işğal faktı aradan qaldırılmayanda, beynəlxalq təşkilatlar və dünya gücləri qarşısında qaldırdığımız haqlı tələblərimiz "məğlub tərəfsiniz, status-kvonu qəbul etməli və mövcud reallıqlarla barışmalısınız" tərzində cavablandırılında həmin qüvvələr də daxil heç kim inanmaq istəmirdi ki, xalqımız və liderimiz "reallıq" deyib bizə qəbul etdirmək istədikləri vəziyyətlə barışmayacaqlar. Və bir gün səbrin, dözümün sonu gələcək, Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu "ədalətli dünyanın" on illər ərzində ona qəbul etdirmək istədiyi status-kvonu aradan qaldıracaq, qısa müddət ərzində yeni reallıqlar yaradacaq: torpaqlarımızın azad edildiyi, Azərbaycanın qalib olduğu reallıqlar!

Bəli, bu gün biz qürurla Azərbaycanın qalibiyyətini təsdiq edən, şərəf, qürur ünvanımız Şuşanın azadlığını simvolizə edən Zəfər Gününü qeyd edirik.

Bu şərəfi, bu sonsuz qüruru bizlərə torpaqlarımız işğal ediləndən sonra dünyaya gələn, Qarabağı danışıqlardan, yazılardan, kitablardan tanıyan gənclərimiz, Prezident İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvərlik ideologiyasının təsirində böyüyən gəncliyimiz, gələcəyimiz yaşatdı! O gənclik ki, dünya durduqca var olacaq Azərbaycanımızın gələcəyi onlara əmanətdir.

Bizlər həm də Şuşa zirvəsinə yüksələn, şərəflə və əbədi olaraq o zirvədə dalğalanacaq bayrağımızın ilk dəfə yüksəldilməsi – Bayraq günü ərəfəsindəyik. Azərbaycanın müqəddəs üçrəngli bayrağı ilk dəfə məhz 9 noyabr 1918-ci ildə qaldırılıb. Lakin, 28 aprel 1920-ci ildə bolşevik-daşnak işğalı ilə milli hökumətimiz devrilib, bayrağımız endirilib, Azərbaycanın istiqlalı süquta uğradıldı. Tam 70 il sonra, 1990-cı ilin 19 noyabr tarixində üçrəngli bayrağımız dahi dövlət adamı, böyük azərbaycanlı Heydər Əliyevin iradəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə ikinci dəfə qaldırıldı və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi.

Bu gün qürur və şərəflə Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi və sərhəd toxunulmazlığından danışırıq, müqəddəs üçrəngli bayraşığımız şərəf və qürur ünvanımız Şuşa zirvələrində dalğalanır.

Torpaqlarımızı öz canları, qanları bahasına azad edən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

Bizlərə belə qürurlu, şərəfli günlər yaşadan hər bir qazimizə, əsgərimizə, zabitimizə bir ömür borcluyuq!

273 illik tariximizin ən böyük sərkərdəsi, 44 gün ərzində bizi qələbədən qələbəyə aparan Ali Baş Komandan, Azərbaycan var olduqca əbədi yaşayacaq müzəffər Sərkərdə, var olun!

Bayrağımızı zirvələrə yüksəldən Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!

Anar ƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?