29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni qaydalar əmək münasibətlərinə nəzarəti gücləndirəcək

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsində son dəyişikliklərinin əsas məqsədlərindən biri elektron nəzarǝt imkanlarının genişləndirilməsidir. Belə ki, dəyişikliklǝrǝ qədər əmək müqaviləsi bildirişi anlayışından istifadə edildiyi üçün işçinin elektron əmək müqaviləsində qeyd etdiklərinin hüquqi əsası yox idi. Son dəyişiklikdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin işəgötürən və işçi arasında elektron sənəd formasında bağlanan əmək müqaviləsinin bütün şərtlərinə baxmaq imkanının yaradılmasını nəzarət mexanizminə dəstək kimi göstərmək olar. Həmçinin, işəgötürən və işçi arasında aparılan rəsmi elektron yazışmalarla yanaşı, xitam və məzuniyyətlərin elektronlaşdırılması da dövlət qurumu tərəfindən nəzarət alətlərindən istifadəyə dəstək olacaq. Eyni zamanda, işəgötürən tərəfindən işçinin əməkhaqqı məlumatları ilə bağlı haqq-hesab cədvəlinin ona göndərilməsi işçinin hüququnun təmin edilməsi ilə bərabər, dövlət qurumunun da fərdi əmək mübahisələri zamanı istinad sənədlərinə aid ediləcək.

Misal 1: İşəgötürən mütəxəssis vəzifəsində çalışan işçisinin əsas məzuniyyət günlərini elektron əmək müqaviləsində 30 gün yox, 21 gün kimi qeyd edib. Dəyişikliyədək dövlət qurumunun yoxlamaları zamanı işəgötürən kağız formada bağlanan əmək müqaviləsində 21 gün yox, 30 gün qeyd etdiyi üçün ƏMAS altsistemində qeyd edilən günlərin sayının hər hansı hüquqi qüvvəsi olmurdu. Yeni dəyişiklikdən sonra elektron sənəd formasında bağlanan əmək müqaviləsi həm işəgötürən, həm də işçi tərəfindən imzalandığı üçün kağız formada əmək müqaviləsi bağlanmasına ehtiyac yaranmır. Bu səbəbdən də dövlət qurumu üçün hüquqi qüvvəsi olan sənəd elektron sənəd formasında bağlanan əmək müqaviləsi olacaq.
İndi isə fərdi əmək mübahisələri zamanı rast gəlinən digər hala baxaq.

Misal 2: Dəyişikliyədək aşağıda qeyd olunan hal mümkün idi: işçi iddia edir ki, əmək müqaviləsinə xitamla bağlı 1 ay öncədən ərizəni təqdim etsə də işəgötürən onun əmək müqaviləsinə xitam verməyib. İşəgötürən isə bildirir ki, ərizə forması müvafiq bölməyə təqdim edilməyib. Bu halda, işəgötürən işçinin ərizəsini qeydiyyata salmayıb ləğv edə bilirdi. Amma yeni dəyişiklikdən sonra işçi, Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq, bir ay öncədən ərizəni elektron formada təqdim etdiyi halda, işəgötürən ərizənin təqdim olunmaması iddiası ilə çıxış edə bilməyəcək.

Xatırladaq ki, Əmək Məcəlləsində son dəyişikliklər dövlət başçısının 28 iyun 2024-cü il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb. Bununla da Məcəllədə xeyli sayda dəyişikliklər edilib. Bunlar, əsasən, işəgötürən və işçi arasında əmək münasibətlərinin elektronlaşdırılmasını nəzərdə tutur.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?