22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər kimlərə və nə üçün verilir?

Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər kimlərə və nə üçün verilir?

Azərbaycanda əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər müəyyən kateqoriyalara aid olan şəxslərə verilir. Bu güzəştlərin məqsədi sosial ədaləti təmin etmək və həssas qrupları dəstəkləməkdir. “Business Service Centre”in maliyyə işləri üzrə mütəxəssisi Pərvin Əhmədov həmin güzəştləri “vergiler.az”a nümunələr əsasında izah edir.

Qanunvericiliyin tələbinə görə, əməkhaqqından vergi hesablanarkən aşağıdakı şəxslərə güzəştlər tətbiq edilir:

1. Əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslər:

Misal 1: I qrup əlilliyi olan bir şəxsin aylıq əməkhaqqı 800 manatdırsa, onun 200 manatı vergidən azad olunur.

2. Müharibə veteranları:

Müharibə veteranı statusu olan bir işçinin aylıq maaşı 1000 manatdır. Onun 400 manata qədər olan hissəsi vergidən azad edilir.

3. Şəhid ailələrinin üzvləri:

Şəhid ailəsinin üzvü olan bir işçinin maaşı 1200 manat olarsa, 800 manata qədər olan hissəsi vergidən azad olunur.

4. Çoxuşaqlı ailələr:

Üç uşağı olan bir valideynin maaşı 1500 manatdırsa, onun maaşının 50 manatı vergidən azad edilir.

5. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manatlıq hissəsi gəlir vergisindən azaddır.

Bu güzəştlər şəxslərin sosial vəziyyətini, xidmətlərini və ya xüsusi ehtiyaclarını nəzərə alaraq tətbiq edilir. Güzəştlərin dəqiq məbləğləri və şərtləri qanunvericiliklə tənzimlənir.

Əməkhaqqından tutulmalar isə Vergi Məcəlləsinin müddəalarına əsasən aşağıdakı qaydada aparılır:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

Misal 1:

Hesablanan aylıq əməkhaqqı: 9.000 manat;
Vergiyə cəlb olunan məbləğ: 9.000 manat;
Gəlir vergisi: 140 manat - (9000 - 8000) x 14%);
DSMF ayırmaları: 886 manat - ((9000 - 200) x 10%) + (200 x 3%);
İşsizlikdən sığorta haqqı: 45 manat - (9000 x 0.5%);
İcbari tibbi sığorta haqqı: 165 manat - ((9000 - 8000) x 0.5%) + (8000 x 2%);
NETT əməkhaqqı: 7.764 manat - (9000 - 140 - 886 - 45 - 165).

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

Misal 2:
Hesablanan aylıq əməkhaqqı: 600 manat;
Vergiyə cəlb olunan məbləğ: 600 manat;
Gəlir vergisi: 56 manat - ((600 - 200) x14%);
DSMF ayırmaları: 18 manat - (600 x 3%);
İşsizlikdən sığorta haqqı: 3 manat - (600 x 0.5%);
İcbari tibbi sığorta haqqı: 12 manat - (600 x 2%);
NETT əməkhaqqı: 511 manat - (600 - 56 - 18 - 3 - 12);

Misal 3:
Hesablanan aylıq əməkhaqqı: 3.000 manat;
Vergiyə cəlb olunan məbləğ: 3.000 manat;
Gəlir vergisi: 475 manat - (2500 x 14% + (3000 - 2500) x 25%)
DSMF ayırmaları: 90 manat - (3000 x 3%)
İşsizlikdən sığorta haqqı: 15 manat - (3000 x 0.5%)
İcbari tibbi sığorta haqqı: 60 manat - (3000 x 2%)
NETT əməkhaqqı: 2.360 manat - (3000 - 475 - 90 - 15 - 60)

Bu tutulmalardan əlavə güzəşt hüququ olan şəxslərin əməkhaqqı məbləğləri qeyd olunan miqdarda azaldılır. Nəticədə onların vergi yükü də azalmış olur.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?