26 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Saathesabı dərs yükü aparan şəxslərin hüquqları II HİSSƏ

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

3. Ali təhsil müəssisələri üzrə: Ali məktəbin rektor və prorektorları tutduqları vəzifə üzrə tam maaş almaqla müvafiq kafedralarda 240 saata qədər dərs apara bilərlər. Bundan əlavə, zəruri ehtiyac yarandığı hallarda ali məktəbin tabe olduğu nazirliyin razılığı ilə əməkhaqqı saathesabı ödənilməklə ildə 240 saata qədər də dərs tədris edə bilərlər.

Ali məktəbin ştatında maaşı almaqla işləyən inzibati-təsərrüfat, tədris köməkçi tərkibdən olan işçilərə, şöbə (bölmə), laboratoriya müdirlərinə, elmi işçilərə, metodistlərə və s. il ərzində 240 saata qədər ixtisasları üzrə dərs verilə bilər. Bundan əlavə, zəruri ehtiyac yarandıqda əməkhaqqı saathesabı ödənilməklə onlara ildə 240 saata qədər dərs verilə bilər. Həmin işçilər tutduqları vəzifə üzrə 0,5 ştat vəzifə maaşı aldıqları halda onlara bir stavkaya qədər dərs verilə bilər. Bundan əlavə, zəruri ehtiyac yarandıqda əməkhaqqı saathesabı ödənilməklə ildə 240 saata qədər də dərs verilə bilər.

Ali məktəbin inzibati-təsərrüfat, tədris-köməkçi və digər mütəxəssisləri əsas iş yerində tam vəzifə maaşı almaqla yanaşı başqa təhsil müəssisəsində 240 saata qədər dərs apara bilərlər. Ali məktəblərə kənardan dərs deməyə cəlb edilən yüksək ixtisaslı mütəxəssislərə tədris ili ərzində 480 saata qədər dərs verilə bilər. Bunun 240 saatının əməkhaqqı saathesabı qaydasında ödənilir.

Ali təhsil müəssisələrində kənardan dərs deməyə cəlb edilən mütəxəssislər və ali məktəbin qeyri-pedaqoji işçiləri il ərzində 180 saatdan az olmayaraq dərs tədris edərlərsə, həmin dərslərin tədris edildiyi aylar onlar üçün pedaqoji staj hesab edilir.

Ali məktəblərdə hazırlanan ixtisasların xüsusiyyətindən asılı olaraq kənardan dərs deməyə cəlb edilən mütəxəssislərə tədris planı üzrə ümumi dərs yükünün 20 faizinə qədərini vermək olar. Müstəsna hallarda Elm və Təhsil Nazirliyinin razılığı əsasında kənardan dərs deməyə cəlb edilən mütəxəssislərə tədris planı üzrə ümumi dərs yükünün 30 faizə qədəri verilə bilər.

4. İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutları üzrə: İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutlarında rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilər və digər mütəxəssislər tutduqları vəzifə üzrə tam maaş almaqla işlədikləri tədris müəssisələrində və ya ümumtəhsil məktəblərində, lisey, gimnaziyalarda, peşə məktəbi və peşə liseylərində il ərzində 480 saata qədər ixtisasları üzrə dərs apara bilərlər. Bu dərs yükünün 240 saatının əməkhaqqı əsas dərs kimi, qalan 240 saatın əməkhaqqı isə saathesabı qaydası ilə ödənilir. Göstərilən işçilər 0,5 ştat üzrə vəzifə maaşı aldıqları halda həmin təhsil müəssisələrində ildə 720 saata qədər dərs tədris edə bilərlər. Bunun 480 saatı əsas dərs kimi, 240 saatı isə saathesabı qaydasında ödənilir.

İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutunun mütəxəssisləri əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı ali və ya orta ixtisas təhsili müəssisələrində ildə 240 saata qədər dərs tədris edə bilərlər. Tutduqları vəzifə üzrə 0,5 ştat maaş alanlar isə ali və ya orta ixtisas məktəblərində bir stavkaya qədər dərs tədris edə bilərlər.

İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutlarında dərs deməyə cəlb edilən mütəxəssislər və institutun qeyri-pedaqoji işçiləri il ərzində 180 saatdan az olmayaraq dərs tədris edərlərsə, həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.

5. Təhsili idarəetmə orqanları və metodiki mərkəzlər (kabinetlər) üzrə: Elm və Təhsil Nazirliyində, təhsil idarələri və təhsil şöbələrində, metodiki mərkəzlərdə (kabinetlərdə) çalışan rəhbər işçilər və mütəxəssislər müvafiq təhsil müəssisələrində dərs apara bilərlər.

Təhsil idarə və şöbələrindəki mütəxəssislər, metodiki mərkəzlərin (kabinetlərin) metodistləri əsas iş yerlərində tam vəzifə maaşı almaqla ümumtəhsil və peşə təhsili məktəblərində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs tədris edə bilərlər. Ştat üzrə 0,5 vəzifə maaşı alanlar isə göstərilən təhsil müəssisələrində həftədə 18 saata (il ərzində 720 saata) qədər dərs tədris edə bilərlər.

Təhsil idarə və şöbələrinin mütəxəssisləri, metodiki mərkəzlərin (kabinetlərin) metodistləri ali və ya orta ixtisas məktəblərində il ərzində 240 saata qədər ixtisasları üzrə dərs apara bilərlər. Bu dərslərin tədris üzrə əmək haqqı əvəzçilik və ya saathesabı qaydasında ödənilə bilər.

Elm və Təhsil Nazirliyinin mütəxəssisləri ümumtəhsil və peşə məktəblərində, orta ixtisas və ali məktəblərdə təkmilləşdirmə institutlarında tədris ili ərzində müvafiq qaydada 240 saata qədər ixtisasları üzrə dərs apara bilərlər.

6. Məktəbdənkənar müəssisələr üzrə: Məktəbdənkənar müəssisələrin direktorları (müdirləri), onların müavinləri, şöbə (bölmə) müdirləri, metodistləri və digər mütəxəssisləri tutduqları vəzifə üzrə tam maaş almaqla işlədikləri müəssisədə tarifləşmə siyahısına daxil edilməklə həftədə 12 saata (il ərzində 480 saata) qədər dərnək məşğələləri (dərs yükü) apara bilərlər.

Məktəbdənkənar müəssisələrin işçilərindən 0,5 ştat üzrə vəzifə maaşı alanlara tarifləşmə siyahısına daxil edilməklə həftədə 18 saata (ildə 720 saata) qədər dərnək məşğələləri (dərs yükü) verilə bilər.
Məktəbdənkənar müəssisələrin rəhbəri, şöbə (bölmə) müdirləri, metodistləri və digər mütəxəssisləri əsas iş yerində tam vəzifə maaşı almaqla başqa təlim-tərbiyə müəssisələrində həftədə 6 saata (ildə 240 saata) qədər dərs (dərnək məşğələləri) apara bilərlər. Əsas iş yerində 0,5 ştat üzrə vəzifə maaşı olanlar isə başqa təlim-tərbiyə müəssisələrində həftədə 18 saata (ildə 720 saata) qədər dərs yükü (dərnək məşğələləri) apara bilərlər. Kənardan dərnək məşğələləri (dərs) aparmağa cəlb edilən mütəxəssislərin və məktəbdənkənar müəssisələrin qeyri-pedaqoji işçiləri il ərzində 180 saatdan az olmayaraq dərnək məşğələləri apararlarsa, həmin saatların tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.

VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması