25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ƏMAS-da ştatların vakansiya bankına yerləşdirilməsi ilə bağlı məqamlar

ƏMAS-da ştatların vakansiya bankına yerləşdirilməsi ilə bağlı məqamlar

Hansı hallarda yeni yaradılan və boş qalan ştatların ƏMAS-da vakansiya bankına yerləşdirilməsi mütləq tələb deyil? Mövzunu “vergiler.az”a insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə və Nazirlər Kabinetinin 16.09.2019-cu il tarixli 411 saylı qərarına əsasən, yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində, əməkhaqqı göstərilməklə, bu barədə məşğulluq altsistemində vakansiya bankına məlumat daxil edilməlidir.

Lakin aşağıdakı hallarda yeni ştat yaradılarkən və ya boş ştat qalan zaman həmin ştatlar barədə məşğulluq altsistemində vakansiya bankına məlumatların daxil edilməsi mütləq deyil:

1-ci hal: Müəssisəyə qanuni təmsilçi seçildikdə (direktor, baş direktor) – qanuni təmsilçi təsisçinin (təsisçilərin) qərarına əsasən seçilir. Bu da o deməkdir ki, müəssisə rəhbərinin kimliyi öncədən müəyyən edilmiş olur. Ona görə də ƏMAS-da müəssisə rəhbərinin əmək müqaviləsi bildirişi qeydiyyata alınarkən bu barədə məlumatın vakansiya bankına göndərilməsinə ehtiyac yoxdur.

2-ci hal: Vəzifə dəyişikliyi - əgər müəssisədə işçilərin vəzifələri dəyişdirilərsə, bu zaman yaranmış boş ştat haqqında məlumatın vakansiya bankına yerləşdirilməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, yuxarıda qeyd olunan iki hal istisna olmaqla, yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində məlumat vakansiya bankına daxil edilmədikdə, İnzibati Xətalar Məcəlləsinin 540-cı maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin 500 manatdan 1000 manatadək cərimə olunması riski yaranır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?