6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ildə yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz olub VİDEO

2025-ci ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.597.229 vergi ödəyicisinin 87 faizi fiziki şəxs, 13 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2024-cü ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb.

2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190.367 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur.

2024-cü ildə 14.441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 83,4 faizi elektron qaydada, 16,6 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 12.051-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 9.780-i Asan İmza ilə, 2.221-i “Finkod + mobil nömrə” üsulu ilə, 50-si isə “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40.416 vahid təşkil edərək əvvəlki illə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

2025-ci ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan 125.696 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2024-cü ilin əvvəli ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,6 faiz artıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?