25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti

Əmək Məcəlləsinə edilmiş əlavələrdən biri "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti" adlı 118-1-ci maddədir. Azarbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Misal 1: Taleh 15 ildən çox əmək stajına malikdir və o, işğaldan azad edilmiş ǝrazidə istehsalat müdiri vəzifəsində çalışır. Eyni zamanda 14 yaşınadək üç uşağı təkbaşına böyüdən ata statusuna malik olan Talehin illik məzuniyyət hüququ neçə gün təşkil edəcək?

Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçi məsul vəzifədə çalışdığı üçün 30 təqvim günü müddətinə əsas əmək məzuniyyəti hüququna malikdir. Həmin Məcəllənin 116-cı maddəsində göstərilir ki, işçinin on beş ildən çox əmək staji varsa, bu halda ona 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, 14 yaşadək üç və daha çox uşağı olan qadınların 5 təqvim günü müddətinə əlavə məzuniyyət hüquqları vardır. Uşaqlarını təkbaşına böyüdən atalar da bu maddədə nəzərdə tutulan məzuniyyət hüquqlarına malikdirlər.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı - 2024” kitabı

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?