19 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər üçün ƏDV hesablanmasında yeni qayda

Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyəsindən çıxılır. 

Qanunvericiliyin bu tələbini Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev “vergiler.az”a şərh edir. 
 

Məcəllədə göstərilən halda nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Misal: ƏDV qeydiyyatında olan tibb müəssisəsinin hesabat dövründə göstərilən tibbi xidmətlər üzrə ümumi dövriyyəsi 800.000 manat olub. Ay ərzində göstərilən tibbi xidmətlər üzrə əhali tərəfindən POS-terminal vasitəsilə ödənilən vəsaitin dəyəri 570.000 manat təşkil edib. Tibb müəssisəsinin hesabat dövrü üzrə büdcəyə ƏDV öhdəliyini müəyyən edək.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində tibb xidmətlərinin göstərilməsi vergitutma obyekti hesab edilir. Bu baxımdan, tibb müəssisəsinin göstərdiyi 800.000 manatlıq xidmət vergitutma obyekti hesab edilir. Lakin büdcəyə ƏDV öhdəliyini hesablayarkən Vergi Məcəlləsinin 174.5-ci maddəsini əsas götürərək, vergi tutulan dövriyyəni azaltmalıyıq.

Hesablama qaydası: 800.000 - (570.000 x 50%) = 515.000 manat;

515.000 x 18% = 92.700 manat (ƏDV məbləği).

Tibb müəssisəsi 800.000 manatlıq ƏDV-li xidmət göstərərkən, əsas məbləğlə yanaşı, ona 144.000 (ƏDV məbləği) də ödənilir. Nəticədə müəssisə 144.000 ƏDV məbləğinin 92.700 manatını büdcəyə ödəyir:

144.000 – 92.700 = 51.300 manat.

Tibb müəssisəsinin sərəncamında qalan 51.300 manat ƏDV məbləği isə Vergi Məcəlləsinin 106.1.34-cü maddəsinə uyğun olaraq, mənfəət vergisindən azad edilir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?