18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Almaniya Vergi Direktoratlığı ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli Almaniya Federal Maliyyə Nazirliyinin Vergi Direktoratlığının rəisi Nils Vayt ilə videoformatda görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər həm ikitərəfli səviyyədə, həm də Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində administrasiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi yolları, həmçinin vergi sahəsindəki təcrübələrin qarşılıqlı mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin və investisiyaların təşviqi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq beynəlxalq vergi fırıldaqçılığı ilə mübarizədə və vergidən yayınma hallarını daha səmərəli həll etməkdə administrasiyaların potensialını əhəmiyyətli dərəcədə artırır. Belə bir tərəfdaşlıq qlobal dəyişikliklərə cavab verə bilən davamlı və uyğunlaşa bilən sistemlərin inkişafına kömək edəcək, eyni zamanda hər iki ölkədə biznes üçün dəstəkləyici mühit yaradacaq.

Azərbaycan tərəfi həmçinin Almaniyanın müxtəlif sektorlar üzrə vergi güzəştləri, xüsusilə innovasiyalara dəstək, vergi kreditləri, rəqəmsallaşmaya subsidiyalar və startaplar üçün güzəştlər, ekoloji vergi və vergitutma sahəsində digər təcrübələrini araşdırmaqda maraqlıdır.

Görüşdə bildirilib ki, 2024-2025-ci illər üçün IOTA-ya sədrlik edən Azərbaycan, eyni zamanda, təşkilatın əməliyyat effektivliyini və üzv dövlətlər üçün cəlbediciliyini artırmaq məqsədi daşıyan hərtərəfli strateji təşəbbüslər paketini hazırlayıb və bu məsələləri alman həmkarları ilə müzakirə etməkdə maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?