12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uçotu aparılmayan əmtəə-material ehtiyatlarının satışı zamanı xərcin müəyyən edilməsi qaydası

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi ödəyicilərinin fəaliyyətinə nəzər yetirdikdə ən çox ticarət sektorunda aktivlik nümayiş etdirdiklərinin şahidi oluruq. Bəzən səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisi ilə vergi orqanı arasında malların anbardan silinmə qaydasında, yəni uçotunda müəyyən uyğunsuzluqlar yaşanır. Dövlət Vergi Xidmətinin əməkdaşı vergi ödəyicisindən malların uçotunu istədikdə həmin sənədləri təqdim edə bilmirlər. Uçotun aparılmaması mənfəət vergisi bəyannaməsində mal-material sətirində göstərilən xərcin yenidən gözdən keçirilməsi üçün əsas verir. Burada sahibkarları maraqlandıran məqam budur ki, əgər idxal etdiyi və ya daxili bazardan aldığı malların silinməsini, yəni uçotunu aparmırsa o zaman həmin mallara çəkilən xərclər necə nəzərə alınacaq?

Vergi Məcəlləsinin 139.4-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Misal: Müəssisənin balansında ayın əvvəlinə ümumi məbləği 5.000 manat olan 100 ədəd (vahidin qiyməti 50 manat olmaqla) material ehtiyatı vardır. Müəssisə ay ərzində həmin materialdan 1 halda 30 ədəd olmaqla 1.200 manata (vahidin qiyməti 40 manat olmaqla), digər halda isə 20 ədəd olmaqla 900 manata (vahidin qiyməti 45 manat olmaqla) alıb. Həmin malın 120 ədədini 7.000 manata digər vergi ödəyicisinə satıb. Malların uçotunun aparılmadığını nəzərə alaraq vergi ödəyicisinin büdcəyə hesablayacağı mənfəət vergisini tapaq:

Malın maya dəyəri – (5000 + 1200 + 900) : (100 +30 + 20) = 47.33 manat;

Satılmış malın maya dəyəri – 120 x 47.33 = 5679.60 manat;

Vergiyə cəlb olunan mənfəət - 7000 - 5679.60 = 1320.40 manat;

Hesablanmış mənfəət vergisi = 1320.40 * 20% = 264.08 manat.

Qeyd edək ki, burada orta maya dəyəri tapılan zaman eyni xarakterli və eyni növ mallar əsas götürülür.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?