24 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

COP 29-un keçirilməsi ilə bağlı kimlərə vergi güzəştləri verilib?

Bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə yaxın nümayəndənin Azərbaycana səfəri gözlənilir. Beynəlxalq konfransın keçirilməsi ilə bağlı qeyri-rezident şəxslərin yarana biləcək vergi öhdəlikləri üzrə bəzi güzəştlərin tətbiq edilməsi həyata keçiriləcək. Bu cür güzəştlərin tətbiqi məqsədilə dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun təsdiq olunub. 

Yeniliyi “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir:
 

COP29-la bağlı Vergi Məcəlləsinə əlavə edilmiş maddələr üzrə güzəştlər müddətli xarakter daşıyır. İzahlı formada qeyd etdiyimiz maddələr üzrə güzəştlərin 2024-cü il martın 1-dən 9 ay müddətinə qüvvədə olması təsbit edilib.

Maddə 102.1.33-1. Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə;

İzah: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədi əsasında malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət üzrə əldə etdiyi gəlirlər gəlir vergisindən azad ediləcək. Məsələn, qeyri-rezident fiziki şəxs COP29 üçün tərcümə və ya informasiya texnologiyaları sahəsində xidmət göstərərsə, bu halda Vergi Məcəlləsinin 102.1.33-1-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin şəxsə bu fəaliyyət üzrə əldə etdiyi gəlirə görə güzəşt tətbiq ediləcək.

Maddə 106.1.28-1. “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanla (qurumla) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2024-cü il martın 1-dən 9 ay müddətinə;

İzah: Qeyri-rezident hüquqi şəxslərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə ödənilən royalti gəlirləri mənfəət vergisindən azad ediləcək.

Maddə 106.1.28-2. Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə;

İzah: Qeyri-rezident hüquqi şəxsin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədi əsasında (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər də mənfəət vergisindən azad olunacaq.

Maddə 164.1.49-1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanla (qurumla) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) təsdiqedici sənədi əsasında malların idxalı – 2024-cü il martın 1-dən 9 ay müddətinə.

İzah: Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.49-1-ci maddə isə əlavə dəyər vergisi üzrə həm qeyri-rezident fiziki şəxslər, həm də qeyri-rezident hüquqi şəxslər üzrə güzəştləri müəyyən edir. COP 29 ilə əlaqədar qeyri-rezident şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanmış müqavilə əsasən işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-dən azad ediləcək. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədi əsasında malların idxalı zamanı ƏDV-dən azadolma tətbiq olunacaq.

Xatırladaq ki, qeyri-rezident şəxslərə vergi güzəştləri ölkəmizdə keçirilmiş UEFA-2019 Avropa Liqasının final oyunu, UEFA-2020 çempionatı, Formula 1 və Formula 2 yarışları ilə bağlı da tətbiq edilib.

VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır? VergiƏDV-nin bir hissəsinin geri qaytarılması hansı mallara aiddir? VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? VergiVergi ödəyicisinin fəaliyyətinin aktivləşməsi hansı öhdəliklər yaradır?