1 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir:

Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

Maddədən göründüyü kimi, bank depozitləri üzrə gəlir vergisindən azadolma yoxdur. Bank depozitləri üzrə gəlir vergisinin ləğvi bank depozitləri üzrə vəsaitlərin geri çəkilməsinin sürətlənməsinə səbəb oldu. Bu səbəbdən də 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinə bank depozitləri üzrə 2 yeni əlavə edildi.

Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-3-cü maddəyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-4-ci maddəyə əsasən isə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmadan ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.

Hər iki maddə ilə əlaqədar vacib məqamları qeyd edək.

Birinci məqam: Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsində depozitlǝ bağlı müddət tələbi olmasa da güzəşt ediləcək məbləğə maksimum müddət tələbi qoyulub.

Misal 1: Vergi ödəyicisi 30.000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Misal üçün, vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 3.000 manat təşkil edəcək:
30.000 x 10% = 3.000 manat.

Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2.400 manat olacaq:

200 x 12 = 2.400 manat.

Bu zaman bank vətəndaşa ödənən faizin 600 manat hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq:

3.000 – 2.400 = 600 manat.

Misal 2: Əvvəlki misalın davamı olaraq bildirək ki, vətəndaş iki fərqli, hər biri 30.000 manat olmaqla, cəmi 60.000 manat depoziti 1 illik müddətə yerləşdirib. Bu zaman hesablama hər bir bank üzrə birinci misala uyğun həyata keçiriləcək. Çünki Vergi Məcəlləsinin həm 102.1.22-3-cü, həm də 102.1.22-4-cü maddəsində "fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan" ifadəsi mövcuddur. Vergi Məcəlləsinə əlavə edilmiş digər 102.1.22-4-cü maddədə, birincidən fərqli olaraq, müddət tələbi mövcuddur - 18 ay. 18 aylıq müddət tələbi olarsa, o zaman aylıq faiz gəliri üzrə 200 manat tələbi olmur və tam məbləğ gəlir vergisindən azad edilir.

Misal 3: Vətəndaş banka 2 il müddətinə 30.000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə, o zaman hesablanan tam faiz üzrə gəlir vergisi tətbiq edilməyəcək.

Misal 4: Əvvəlki misalımızın davamı olaraq bildirək ki, fiziki şəxs banka 2 il müddətinə və illik 10 faiz olmaqla yerləşdirdiyi 30.000 manat vəsaiti 12 aydan sonra əldə etmək istəyir. Vəsaiti yerləşdirdikdə müddətin Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan 18 aydan çox tələbi ödəməsinə baxmayaraq, fiziki şəxs həmin vəsaiti 18 aydan tez əldə edib. Bu səbəbdən də artıq faiz gəliri üzrə güzəşt Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinin tələblərinə, yəni aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinə tətbiq ediləcək.
Vətəndaş 1 yanvar 2023-cü il tarixdə 24 aylıq müddətə banka depozit yerləşdirə bilər. 24 aydan sonra ödənilən depozit üzrə faiz gəlirlərinin hesablanması Vergi Məcəlləsinin 102.1.22-4-cü yox, 102.1.22-3-cü maddəsinin tələblərinə uyğun olacaq.

Mənbə: Anar Bayramovun “Vergi qanunvericiliyi və şərhlər toplusu – 2024” kitabı

VergiVergi ödəyicisinin fəaliyyətinin aktivləşməsi hansı öhdəliklər yaradır? VergiSəhm satışı ilə bağlı bank xərcləri gəlirdən çıxılırmı? VergiLizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir? VergiVergi orqanı ölkədən kənarda əldə olunan gəlirləri müəyyən edə bilərmi? VergiKənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri VergiRegionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi Ekspert RəyiXarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması VergiBöyük Vətən müharibəsi iştirakçılarının övladlarına hansı vergi güzəşti verilir? VergiƏDV-dən azadolunma haqqında e-sertifikat kimlərə verilir? VergiSəhiyyə müəssisəsinə ianə edilən vəsaitlərə vergi güzəşti