5 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək şəraitinin şərtlərinin dəyişməsi hallarında ödəniş edilməlidirmi?

Əmək Mə­cəl­lə­si­nin 56-cı mad­də­sinə əsasən, is­teh­sa­lın və əmə­yin təş­ki­lin­də dəyişiklik­lər edil­mə­si zə­ru­rə­ti ol­duq­da, iş­çi­nin pe­şə­si, ix­ti­sa­sı və və­zi­fə­si üz­rə işi da­vam et­dir­mək­lə əmək şə­rai­ti­nin şərt­lə­ri­nin də­yiş­di­ril­mə­si­nə yol ve­ri­lir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov əmək şə­ra­iti­nin şərt­lə­ri­nin də­yiş­mə­si ilə bağlı işçilərin təminatlarını “vergiler.az”a şərh edir.

Əmək Məcəlləsinin 55-ci mad­­dəsin­­də qeyd edi­­lən hal­­lar əmək mü­­qa­­vi­­lə­­si­­nin şərtlərinin yax­­şı­­laş­­dı­­rıl­­ma­­sı­­na xid­­mət et­­di­­yi üçün əv­­vəl­­cə­­dən xə­­bər­­dar­­lıq edil­­mə­­sinə eh­­ti­­yac yox­­dur. Tə­­rəf­­lər qar­­şı­­lıq­­lı ra­­zı­­lıq əsasında bu şərt­­lə­­ri mü­­əy­­yən­­ləş­­di­­rə və əmək mü­­qa­­vi­­lə­­si­­nə da­­xil edə bi­­lər­­lər.

Əmək şə­rai­ti­nin şərt­lə­ri­nin də­yi­şil­mə­si za­ma­nı işə­gö­tü­rən əmək şə­rai­ti­nin şərt­lə­ri­ni də­yiş­dir­məz­dən azı bir ay əv­vəl iş­çi­ni ya­zı­lı mə­lu­ma­tı və ya əm­ri ilə xə­bər­dar etməlidir. Xə­bər­dar­lıq nə­ti­cə­sin­də iş­çi­nin re­ak­si­ya­sı­nı iki ha­la uy­ğun nə­zər­dən keçirək:

  1. İş­çi əmək şə­rai­ti­nin şərt­lə­ri­nin də­yi­şil­mə­si­ni uy­ğun he­sab edir və ra­zı­lıq ve­rir.

Bu hal­da xə­bər­dar­lıq müd­də­ti bit­dik­dən son­ra iş­çi ye­ni əmək şərt­lə­ri ilə ça­lış­ma­ğa da­vam edir. Əmək mü­qa­vi­lə­si­nə də­yi­şik­lik və ya əla­və ra­zı­laş­ma ilə bu hal rəsmiləşdi­ril­mə­li­dir.

  1. İş­çi ye­ni əmək şə­rai­ti ilə işi da­vam et­dir­mə­yə ra­zı­lıq ver­mir.

Bu halda o, baş­qa və­zi­fə­yə ke­çi­ril­mə­lidir, bu müm­kün ol­ma­dıq­da isə əmək mü­qa­vi­lə­si­nə bu Mə­cəl­lə­nin 68-ci mad­də­si­nin ikin­ci his­sə­si­nin “c” bən­din­də nə­zər­də tu­tu­lan əsas­la xi­tam ve­ri­lə bi­lər.

İn­di isə əmək mü­qa­vi­lə­si­nə qeyd edi­lən əsas­la xi­tam ve­ril­mə­si ha­lın­da iş­çi­nin təminat­la­rı­na nə­zər sa­laq:

Əmək Mə­cəl­lə­si­nin 77-ci mad­də­si­nin 7-ci bən­di­nə əsa­sən, əmək mü­qa­vi­lə­si­nə Məcəl­lə­nin 68-ci mad­də­si­nin ikin­ci his­sə­si­nin “c” bən­di ilə, yə­ni əmək şə­rai­ti­nin şərtlə­ri­nin də­yi­şil­mə­si əsa­sı ilə xi­tam ve­ril­di­yi za­man işə­gö­tü­rən iş­çi­yə or­ta ay­lıq əməkhaq­qı­nın azı 2 mis­li miq­da­rın­da müa­vi­nət ödə­yir.

Misal 1: Mü­­əs­­si­­sə 5 gün­­lük iş re­­ji­­mi ilə ça­­lı­­şır. Mü­­əs­­si­­sə rəh­­bə­­ri­­nin 11.03.2023-cü il ta­­rix­­li mü­­va­­fiq əm­­ri­­nə əsa­­sən, mü­­əs­­si­­sə 01.05.2023-cü il ta­­rix­­dən 6 gün­­lük iş re­­ji­­mi ilə fə­a­­liy­­yət gö­­s­­tərə­­cək. Bu ba­­rə­­də iş­­çi­­yə 12.03.2021-ci il ta­­rix­­dən ya­­zı­­lı bil­­di­­riş da­­xil ol­ub. İş­­çi­­nin or­­ta ay­­lıq əməkhaq­­qı məb­­lə­­ği ay­­lıq 725 manat təşkil edib. İş­­çi ye­­ni əmək şə­­ra­i­­ti ilə işi da­­vam et­­dir­­mə­­yə ra­­zı ol­­ma­­dı­­ğı üçün onun əmək mü­­qa­­vi­­lə­­si­­nə han­­sı əsas­­la xi­­tam ve­­ril­­mə­­li və ona nə qə­­dər ödə­­niş edil­­mə­­li­­di­­r?

İş­­çi­­ni baş­­qa və­­zi­­fə­­yə ke­­çir­­mək müm­­kün ol­­ma­­dı­­ğı hal­­da, Əmək Məcəlləsinin 77-ci mad­­də­­si­­nin 4-cü bən­­di­­nə gö­­rə ona xə­­bər­­dar­­lıq müd­­də­­ti əvə­­zi­­nə orta ay­­lıq əməkhaq­­qın­­dan az ol­­ma­­maq­­la əməkhaq­­qı­­nı bir də­­fə­­yə ödə­­mək­­lə Əmək Mə­­cəl­­lə­­si­­nin 68-ci mad­­də­­si­­nin ikin­ci his­sə­si­nin “c” bən­­di­­nə əsa­­sən əmək mü­­qa­­vi­­lə­­si­­nə xi­­tam ve­­rilə bi­­lər.

Ey­­ni za­­man­­da, Əmək Mə­­cəl­­lə­­si­­nin 77-ci mad­­də­­si­­nin 7-ci bən­­di­­nə əsa­­sən, əmək müqavi­­lə­­si­­nə Mə­­cəl­­lə­­nin 68-ci mad­­də­­si­­nin ikin­­ci his­­sə­­si­­nin “c” bən­­di ilə xi­­tam verildik­­də, işə­­gö­­tü­­rən iş­­çi­­yə or­­ta ay­­lıq əməkhaq­­qı­­nın azı 2 mis­­li miq­­da­­rın­­da müavinət ödə­­yir.

Xə­bər­dar­lıq müd­də­ti əvə­zi­nə müa­vi­nət: 725 manat

İş­­dən­­çı­­xar­­ma mü­a­­vi­­nə­­ti: 725 x 2 = 1450 manat

İş­­çi­­yə cə­­mi 2.175 manat mü­a­­vi­­nət he­­sab­­la­­na­­caq:

725 + 1450 = 2175 manat.

Əgər iş­­çi­­yə vax­­tın­­da xə­­bər­­dar­­lıq olu­­nub­­sa və iş­­çi xə­­bər­­da­­lıq müd­­də­­ti ər­­zin­­də işləyibsə, ona xə­­bər­­dar­­lıq müd­­də­­ti əvə­­zi­­nə mü­a­­vi­­nət ödə­­nil­­mə­­yə­­cək.

Va­­cib mə­­qam­­lar­­dan bi­­ri də on­­dan iba­­rət­­dir ki, or­­ta əməkhaq­­qı­­nın he­­sab­­lan­­ma­­sı qayda­­sı­­na əsa­­sən, or­­ta əməkhaq­­qı ödə­­nişin­­dən əv­­vəl­­ki 2 təq­­vim ayı ər­­zin­­də qa­­zan­­dı­­ğı əməkhaq­­qı­­nın cə­­mini hə­­min ay­­lar­­da­­kı iş gün­­lə­­ri­­nin sa­­yı­­na böl­­mək­­lə bir gün­­lük əməkhaq­­qı ta­­pı­­lır və alı­­nan məb­­ləğ əməkhaq­­qı sax­­la­­nı­­lan iş gün­­lə­­ri­­nin sa­­yı­­na vurulmaq­­la mü­­əy­­yən edi­­lir. La­­kin əmək mü­­qa­­vi­­lə­­si­­nə xi­­tam ve­­ril­­di­­yi za­­man əməkhaq­­qı sax­­la­­nı­­lan iş gün­­lə­­ri ol­­mur. Əmək Mə­­cəl­­lə­­sin­­də isə bu­­nun­­la bağ­­lı bir qayda yox­­dur. Ona gö­­rə də bu hal­­da or­­ta əməkhaq­­qı­­nın ta­­pıl­­ma­­sı üçün əməkhaq­­qı sax­­la­­nı­­lan iş gün­­lə­­ri­­nin sa­­yı ye­­ri­­nə is­­teh­­sa­­lat təq­­vi­­min­­də­­ki or­­ta ay­­lıq iş vax­­tı nor­­ma­­sı­­na vur­­maq məq­­sə­­dəuy­­ğun­­ hesab edilə bilər.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?