25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tibb müəssisələrinə, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə verilən vergi güzəştləri

Tibb müəssisələrinə, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə verilən vergi güzəştləri

Vergi Məcəlləsinə edilən və 2024-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də tibb müəssisələri ilə bağlıdır. Məcəlləyə əlavə edilən 164.1.51-1-ci maddəyə əsasən, tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilir. “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə bu yenilikləri “vergiler.az”a şərh edir. 

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə bir sıra vergi güzəşti tətbiq ediləcək. Bunlardan biri də əlavə dəyər vergisi ilə bağlıdır. Bununla bağlı Vergi Məcəlləsinə 164.1.51-1-ci maddə əlavə edilib.

Digər yenilik isə gəlir vergisinin hesablanması ilə bağlıdır. Vergi Məcəlləsinə əlavə olunan 174.5-ci maddəyə əsasən, tibbi müəssisələrin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Misal: “BB” MMC tibb müəssisəsinin aylıq cəmi vergiyə cəlb edilən dövriyyəsi 480.000 manat olub. Dövriyyənin 120.000 manatı POS-terminal vasitəsilə əldə edilib. Müəssisənin aylıq əvəzləşdirə biləcəyi ƏDV isə 25.200 manatdır.

ƏDV-yə cəlb edilməli əməliyyat:

120.000 x 50% = 60.000 manat;

480.000 – 60.000 = 420.000 manat;

420.000 x 18% =75.600 manat.

Əvəzləşdirilən ƏDV məbləği - 25.200 manat.

Büdcəyə ödəniləcək ƏDV məbləği: 75.600 – 25.200 = 50.400 manat.

Misaldan da görə bilirik ki, POS-terminal vasitəsilə əldə edilən 120.000 manatın 50% -lik hissəsi ƏDV-yə cəlb edilmədi. Yəni şəxs 60.000 x 18% = 10.800 manat ƏDV ödəməyəcək.

Vergi Məcəlləsinin 102.1.41 və 106.1.34-cü maddələrinə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər də mənfəət (gəlir) vergisinə cəlb edilməyəcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?