11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ilk dəfə süni intellektlə işləyən reklam robotu hazırlanıb

"Troniq" MMC reklam robotunun istehsalı və satışına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi alıb. MMC-nin direktoru Anar Nəbiyevin sözlərinə görə, süni intellekt əsasında hazırlanmış, üzərində reklamlar yerləşdirilməsi mümkün olan 4 televizorun olduğu robot rəqəmsal xəritə əsasında, heç bir maneə ilə rastlaşmadan gəzir, özü enerji yığır və enerji yığmanı dayandırır. Uzaqdan idarə olunan bu hərəkətli televizorlarda forum da təşkil etmək mümkündür. Televizor hər bir ekranın qarşısında neçə nəfər kişi və qadının dayandığını, onların yaşlarını müəyyən edir və həmin şəxsləri yaş qruplarına bölərək nəticə haqqında hesabat verir.

“Robot harada gəzdiyini özü beynində müəyyən edir. Onun 8 kamerası var, hər yeri görür və beynində analiz edir ki, məsələn, bu qapıdan keçə bilər, ya yox. Keçə bilməsə, özü üçün başqa alternativ yol tapır. Robot təxminən 4 saat fasiləsiz gəzir, enerjisi 20 faizə düşən kimi özü enerjisini yığmağa başlayır. Bir saat enerji yığdıqdan sonra yenidən gəzintiyə davam edir. Bu ağıllı sistemin hələ ki, alternativi yoxdur”, - deyən A.Nəbiyev bildirib ki, robot sırf Azərbaycan məhsulu sayılır. Digər ölkələrdə bu robota oxşar məhsullar olsa da, belə bir reklam robotu yalnız bizdə var: “Artıq Azərbaycanda keçirilən bir sıra tədbirlərdə bu robotdan istifadə edilib. Məsələn, “Asan xidmət”də, Baku Ekspo Mərkəzində keçirilən tədbirlərin mövzusu üzrə reklam videoçarxı hazırlayıb robotun televizorunun ekranına qoymuşdular. “Azfarma” şirkəti də öz tədbirində dərmanlarını və digər məhsullarını robot vasitəsilə reklam edib. Reklam istənilən mövzu üzrə hazırlana bilər”.

MMC-nin direktoru qeyd edib ki, robotun qapalı məkanda istifadə edilməsi daha məqsədəuyğundur, çünki o, açıq havada gəzə bilsə də, üzərinə günəş şüası düşdüyü halda effektlə işləmir. Bu səbəbdən, cihazdan yalnız axşam saatlarında açıq havada istifadə etmək olar. Startapçının sözlərinə görə, hazırladıqları robotda bütün istehsalçılar, alğı-satqı ilə məşğul olanlar öz reklamlarını yayımlaya bilərlər. Təxminən 200 kq çəkisi olan robotun satış qiyməti 160 min manatdır, gündəlik olaraq 2000 manata icarəyə verilir: “İlk cihaz artıq bir ilə yaxındır ki, təqdim edilib, lakin onun hazırlanması 6 il çəkib. Əgər sifariş olarsa, yenə də hazırlaya bilərəm. Dövlət qurumları da bu cihaza ciddi maraq göstərir və onu tədbirlərə dəvət edirlər”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?