5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdxal olunan malların maya dəyəri üçün hansı məbləğ əsas götürülməlidir?

İdxal zamanı idxalçı tərəfindən mallar gömrük orqanında bəyan edilməli, gömrük rüsumu, əlavə dəyər vergisi (ƏDV), aksizli mallar üçün aksiz vergisi və idxalla bağlı digər xidmət haqları ödənməlidir. 

Bu qaydaları və rüsumların hesablanma üsullarını “vergiler.az”a “BSC Business Service Centre” şirkətinin maliyyə işləri üzrə kiçik mütəxəssisi Məsturə Kərimova şərh edir: 

ƏDV ödəyiciləri idxalda ödədikləri ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdirlər. Ancaq ƏDV ödəyicisi olmayan şəxslər bu əməliyyat zamanı ödədikləri ƏDV məbləğini malların maya dəyərinə əlavə etməlidirlər.

İdxal olunan mallara görə ödənməli olan gömrük rüsumu gömrük dəyərinə əsasən hesablanır. Gömrük Məcəlləsinə əsasən, gömrük rüsumlarının hesablanmasının bir neçə üsulu müəyyən edilib. Məsələn, sövdələşmə qiyməti, eynicinsli malların sövdələşmə qiyməti, dəyərin toplanması üsulu, dəyərin çıxılması üsulu və s. Malların invoys dəyəri ilə gömrük dəyəri arasında fərq yarana bilər, ancaq mallar ilkin olaraq uçota alınan zaman invoys dəyəri nəzərə alınmalıdır. Sadalananları nümunə üzərində nəzərdən keçirək.

Misal 1: Tutaq ki, A müəssisəsi 30.04.2024-cü il tarixində invoys dəyəri 48.775 EUR olan 5.000 ədəd mal idxal edir (məzənnə 1EUR= 1.8199 manat). Lakin malların gömrük dəyəri 61.225 EUR təyin edilir. Malların daşınma xərci 1.426 manat, gömrük yığımları üzrə xərc 448 manat və broker üzrə xərc 170 manat təşkil edir. Verilənlərə əsasən gömrük rüsumunu, idxalda ödəniləcək ƏDV-ni və ilkin dəyəri müəyyənləşdirək:

1. Gömrük rüsumu = gömrük dəyəri x15%
61.225 x 1.8199 = 111.423,37 manat
111.423,37 x 15% = 16.713,51 manat.

2. İdxal üçün ƏDV = (gömrük dəyəri+ gömrük rüsumu + gömrük yığımları) x 18%
(128.136,884 + 16.713,51 + 448) x 18% = 23.145,28 manat.

3. İlkin dəyər = İnvoys dəyəri+ gömrük rüsumu+gömrük yığımları üzrə xərc + daşınma xərci.
(48.775 x 1.8199) + 16,713.51 + 448 + 1.426 = 107.353,13 manat.

Qeyd edək ki, 170 manat broker xidməti üzrə xərc malların maya dəyəri hesablanan zaman nəzərə alınmır. Əgər A müəssisəsi sadələşdirilmiş verginin ödəyicisi olarsa, bu zaman maya dəyərinə idxalda ödənilmiş ƏDV də əlavə ediləcək.

İdxalçı alqğı-satqı müqaviləsinə əsasən öhdəliklərini düzgün şəkildə yerinə yetirməzsə və ona cərimə tətbiq edilərsə, həmin cərimə məbləği malın maya dəyərinə əlavə oluna bilərmi? Bu məsələni aşağıdakı misal üzərində aydınlıq gətirək.

Misal 2: Tutaq ki, B müəssisəsi müqavilə üzrə 10.000 USD dəyərində mal idxal edir. Ancaq ödəniş gecikdirildiyi üçün 2.000 manat cərimə tətbiq edilir. Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna olunmaqıa, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Deməli, 2.000 manat cərimə məbləği malların idxalı ilə bağlı olsa da maya dəyərinə əlavə olunmayacaq və gəlirdən çıxılan xərclərə aid ediləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?