25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Elektron alış aktı ilə bağlı hansı maliyyə sanksiyaları nəzərdə tutulub?

Elektron alış aktı ilə bağlı hansı maliyyə sanksiyaları nəzərdə tutulub?

İqtisadçı ekspert Anar Bayramov qanunvericiliyin bu tələbini “vergiler.az”a şərh edir.

2022-ci ilin yanvar ayının 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən sonra Məcəllənin 58.8-ci maddəsindəki “alış aktları” ifadəsi çıxarılıb. Həmkarlarımızda sual yarana bilər ki, niyə Vergi Məcəlləsinin 58.8-ci maddəsindən “alış aktları” ifadəsi çıxarılıb, amma “əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı” ifadəsi saxlanılıb? Fikrimizcə, alış aktlarının elektron formada hazırlanmış forması - “elektron alış aktı” olsa da, “əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı”nı əvəz edən elektron sənəd olmadığı üçün maddədə saxlanılması məqsədəuyğun hesab edilib.

İndi isə maliyyə sanksiyalarının tətbiq edilməsi ilə bağlı misalları nəzərdən keçirək.

Misal 1: Vergi ödəyicisi 1 mart 2023-cü il tarixdə vergi ödəyicisi olmayan vətəndaşdan 340 manatlıq kənd təsərrüfatı məhsulları əldə edib. Vergi orqanı tərəfindən 31 mart 2023-cü il tarixdə həyata keçirilən yoxlama zamanı həmin mallara görə “Malların alış aktı” tərtib olunsa da, elektron alış sənədinin tərtib edilmədiyi müəyyən olunub. Vergi orqanı tərəfindən vergi ödəyicisi təqvim ili ərzində belə pozuntuya ilk dəfə yol verdiyi halda, ona 34 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək:

340 x 10% = 34 manat.

Misal 2: Vergi ödəyicisi 2 fevral 2023-cü il tarixdə vergi ödəyicisi olmayan şəxsdən 1.000 manatlıq malı “Malların alış aktı” ilə alıb. Vergi ödəyicisi elektron alış aktını 15 mart 2023-cü ildə İnternet Vergi İdarəsində qeydiyyata salıb. Bu halda, vergi ödəyicisi elektron alış aktını 5 gündən gec daxil etdiyinə görə vergi orqanı tərəfindən ona maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Vergi ödəyicisi iddia edir ki, anbarda olan 3.000 manat məbləğində malı vətəndaşdan alıb, müqavilə və kassa məxaric sənədləri təqdim edib. Amma məlum olur ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturanın tərtib olunması həyata keçirilməyib. Bu zaman da vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi tətbiq ediləcək.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?