6 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi?

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri şirkətlərdə baş mühasibin çalışmasının vacib olub-olmamasıdır. Bəs hansı müəssisələrdə baş mübasib təyin olunmalıdır? Şirkətlər baş mühasib olmadan fəaliyyət göstərə bilərlərmi?

Mövzu ilə bağlı “vergiler.az”ın suallarına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir:

“Mühasibat uçotu haqqında” Qanunun 2.1.17-ci maddəsinə əsasən, baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra - baş mühasib) – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir. Həmin Qanunun 2.1.18-ci maddəsində isə göstərilib ki, mühasibat uçotu xidməti - mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir.

Deməli, vergi ödəyicilərində ya baş mühasib olmalıdır, ya da bu işin görülməsi üçün kənardan müqavilə əsasında digər şəxslərə həvalə edilməlidir. Bəs baş mühasibin təyin edilməsi və ya bu işi digər şəxslərə müqavilə əsasında həvalə edilməsi bütün vergi ödəyicilərinə məcburidirmi? “Mühasibat uçotu haqqında” Qanunun 3.1-ci maddəsinə görə, bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Qanunun 3.2-ci maddəsində isə göstərilib ki, mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsi təşkil edilir. Mikro sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər.

Qanunun tələbinə görə, istənilən vergi ödəyisi tərəfindən mühasibat uçotu strukturu yaradılmalı və ya bunu müqavilə əsasında kənardan digər sahibkarlıq subyekti olan şəxsləri cəlb etməklə formalaşdırmalıdır. Struktur bölmə yaradılırsa, hesabatların tərtib edilməsinə, strukturun formalaşdırılmasına və digər bu kimi işlərin görülməsinə cavabdeh şəxs olmalıdır ki, bu da baş mühasibdır. Odur ki, təsərrüfat subyektlərində baş mühasibin olması vacibdir.

Ancaq mikro sahibkarlıq subyektlərinin rəhbərləri baş mühasib olmadan, mühasibat uçotu strukturu yaratmadan özləri mühasibat uçotunu apara, baş mühasibə aid olan bütün vəzifələri yerinə yetirə bilərlər. Həmçinin, fərdi sahibkarlar - iri, orta, kiçik, mikro olmasından asılı olmayaraq, onlar da baş mühasib olmadan bütün mühasibatlığa aid olan işləri və vəzifələri yerinə yetirə bilərlər.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?