25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi

Vergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi

1 yanvar 2023-cü ilə qədər qüvvədə olan Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bəs hansı halda vergi ödəyicisi bu sanksiyadan yan keçə bilər? “vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 
 

Həmin maddəyə nəzər yetirdikdə məlum olur ki, maliyyə sanksiyasının əsası kimi vegi ödəyicisinin iki məlumatı təqdim etməməsi qeyd edilib:

- Vergi hesabatı;

- Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayış.

Vergi Məcələsinin 16.2-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi uçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Maddədən göründüyü kimi, 1 yanvar 2023-cü il tarixə qədər vergi ödəyicisi arayışı təqdim etmədiyi halda vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyasına məruz qala bilirdi. 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliyi vergi ödəyicilərinin xeyrinə olan dəyişiklik kimi qiymətləndirmək lazımdır.

Belə ki, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: Fərdi sahibkar olan vergi ödəyicisinin 2023-cü ilin 2-cü rübündə hər hansı fəaliyyəti olmayıb. Vergi ödəyicisi Vergi Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq arayış təqdim etməzsə, o zaman vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyasına məruz qalmayacaq.

Misal 2: Vergi ödəyicisi kənd təsərrüfatı məhsuallarının istehsalı ilə məşğul olur. Vergi ödəyicisinin fəaliyyəti vergidən azad edilən əməliyyatlar üzrə olsa da vergi orqanına hesabat təqdim etməlidir. Əgər hesabat təqdim etməzsə, o zaman vergi orqanı tərəfindən vergi hesabatının təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?