9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olanlara ƏDV ilə bağlı fərqli yanaşma

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinin 153-cü maddəsi yeni redaksiyada qüvvəyə minib. Həmin maddə üç hissədən ibarətdir:

Məcəllənin 153.1-ci maddəsinə əsasən, ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qammə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Vergi Məcəlləsinin 153.2-ci maddəsində isə göstərilib ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Məcəllənin 153.3-cü maddəsinə görə, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Maddədən göründüyü kimi, kənd təsərrüfatı məhsullarına aid edilməyən digər hallar üzrə ƏDV-nin hesablanmasında hər hansı dəyişiklik yoxdur. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Vergi Məcəlləsinə əlavənin səbəblərini araşdıraq. Maddə ilə bağlı diqqəti cəlb edən 3 məqam vardır:

Birinci məqam. ƏDV-nin hesablanması kənd təsətrrüfatı məhsullarının həm topdan, həm də pərakəndə satışı zamanı ticarət əlavəsinə tətbiq edilir.

Misal 1: Topdansatış fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi 2022-ci il tarixdə bir kiloqramını 1,50 manata aldığı kartofu 2 manata təqdim edir. Bu zaman hesablanan ƏDV 0,36 manat (2 x 18 faiz) yox, 0,9 manat ((2-1,50) x 18 faiz) təşkil edəcək.

Göründüyü kimi, təqdim edilən mallar üzrə ƏDV-nin məbləğində 0,27 manat (0,36 - 0,09) fərq yaranır.

Misal 2: Pərakəndə satış fəaliyyətini həyata keçirən ƏDV ödəyicisi bir kiloqramını 2 manata aldığı kartofu 3 manata təqdim edir. Bu zaman vergi ödəyicisinin təqdim etdiyi mala görə ƏDV məbləği 0,54 manat (3 x 18 faiz) yox, 0,18 manat ((3 -2) x 18 faiz) təşkil edəcək.

Misal 3: Vergi ödəyicisi 2022-ci il tarixdə idxal etdiyi bir kiloqramı 2 manat olan kartofa görə hər kiloqrama ),36 manat məbləğində ƏDV-ni dövlət büdcəsinə təqdim edib. Dəyişiklikdən sonra idxalda ödənilən ƏDV məbləği kənd təsərrüfatı məhsulunun maya dəyərinə daxil edilir. Vergi ödəyicisi kartofun 1 kiloqramının topdansatış qiymətini 3 manata təqdim etdikdə, hesablanan ƏDV məbləği 0,1152 manat təşkil edəcək:

3 - 2,36 (idxal olunan malın dəyəri) = 0,64 manat;

0,64 x 18% = 0,1152 manat.

İkinci məqam. Kənd təsərrüfatı məhsulları ilə bağlı dəyişiklik müddətlidir. Maddədə qeyd edildiyi kimi, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Qeyd edək ki, kənd təsərrüfatı məhsulları üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanmasının Kənd Təsərrüfatı Nazirliyinin təklifi olduğu bildirilir. Milli Məclisə təklif edilən dəyişikliklərin ilkin layihəsində ticarət əlavəsinə ƏDV-nin hesablanması 2 il müddətində nəzərdə tutulsa da, sonradan həmin müddət 3 ilə qədər artırıldı.

Maddə ilə bağlı bir məqamı da qeyd edək: Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan Qanunun keçid müddəasında qeyd edilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarını (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır. Kənd təsərrüfatı məhsullarını ƏDV ödəməklə əldə etmiş və müvafiq əvəzləşmə almış şəxslər sahibliklərində qalan həmin kənd təsərrüfatı məhsulları barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı 2022-ci il yanvarın 31-dək qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidirlər.

Misal 4: 1 yanvar 2022-ci il tarixində kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olan ƏDV ödəyicisinin sahibliyində ƏDV-nin əvəzləşdirməsini həyata keçirdiyi bir kiloqramı 8 manat olan pomidor vardır. Fərz edək ki, vergi ödəyicisi köhnə və yeni pomidor məhsulunu eyni qiymətə - 5 manata təqdim edib. Bu zaman 1 yanvar 2022-ci il tarixə qədər olan məhsullar üzrə ƏDV məbləği 0,90 manat (5 manat x 18 faiz) manat təşkil edir. 1 yanvar 2022-ci il tarixdən sonra alınan məhsullar üzrə1 manatlıq ticarət əlavəsindən hesablanan ƏDV məbləği 0,18 manat olur:

5 - 4 = 1 manat

1 x 18% = 0,18 manat.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?