12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstifadə olunmamış məzuniyyətə görə kompensasiyanın vergiyə cəlb olunması

Dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə büdcəyə köçürülməsinə nəzarət edilir. Mövzuya insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabında aydınlıq gətirir.

Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda bu məbləğdən çox olana hissənin 14%-i həcmində tutulur.

Qeyd olunanlara əsaslanaraq nəzərinizə çatdırırıq ki, əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya haqlarının ödənilmsi zamanı gəlir vergisi aşağıdakı qaydalarda hesablanmalıdır:

- əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompenssiya haqları ayrı-ayrılıqda,o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödənişi aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fikizi şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

- əvvəlki illərdə istifadə olunmamış məzuniyyət görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi hala gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixindən qüvvədə olan dərəcələrlə hesablanır.

Eyni zamanda, gəlir vergisini məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı amddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Bəs əvvəlki iş illərinə görə mövcud olan istifadə olunmamış məzuniyyət günlərindən istifadə etdikdə hesablanma həmin iş illərində olan əməkhaqları üzərindən hesablanma aparılmalıdır? Suala cavab olaraq bildirim ki, işçi hər hansı iş ilinə görə istifadəe tmədiyi məzuniyyət günlərindən istifadə etdikdə həmin hesablama aparıldığı aydan əvvəlki son 12 ayda qazancı üzərindən aparılır.

Misal: Tutaq ki, işçi 01.07.2019-cu ildə işə qəbul olunur. Müəyyən səbəblərə görə işçinin istəyi əsasında iş illərinə əsasən əmək məzuniyyətindən istifadə etməyib. İşçi 01.07.2022-ci ildə istifadə etmədiyi məzuniyyətlərdən istifadə etmək istəyir. İşçi işə qəbul olduqda əməkhaqqı 500 manat idi. Ancaq son 12 ayda isə əməkhaqqı 2000 manat olub. Belə olan halda işçi əvvəlki iş ilindən istifadə etməsinə baxmayaraq, hesablama aparılan zaman 500 manat əməkhaqqı üzərindən deyil, son 12 aylıq əməkhaqqıdan, yəni 2000 manat üzərindən hesablama aparılacaq.

Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 saylı “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər” qərarını diqqətinizə çatdırıram.

Nəzərə alınan ödənişlər:

  • faktiki işlənmiş vaxtı üzrə tariff (vəzifə) maaşı;

  • müəssisələrdə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 saylı fərmanı ilə təsdiq edilən “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;

  • kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin və şəhər (rayon) icra hakimiyyəti başçılarının səlayihətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;

  • uşağın yedizdirilməsi üçün fasilələrin ödənilməsi;

  • səhra, susuz dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;

  • iş vaxtlarından artıq i. saatlarının ödənilməsi;

  • istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;

  • işçinin təqsiri olmadan zay (yarasız) sayılan məhsulun istehsalına, boş dayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalara şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;

  • müvəqqəti əvəzetməyə görə ödəmə;

  • qanunvericilikdə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda;

  • məcburi iş buraxma dövrünün ödənilməsi;

  • əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı;

  • əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;

  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarı və quruluş haqqı.

Nəzərə alınmayan ödənişlər:

  • birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, doğum günləri ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);

  • işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;

  • əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi;

  • maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;

  • ezamiyyətlə bağlı verilən ödəmələr, çöl xərcləri,daimi işi yolda olan, yaxud gediş-gəliş və y agəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr,bilavasitə tikintidə çalışan işçilər üçün səyyat xaralterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;

  • işçilərə pulsuz verilən mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və y aonların kompensasiyası;

  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyəri;

  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri;

  • sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;

  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilən işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;

  • yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;

  • gənc mütəxəssislərə ali və ya orta istisas müəssisəsini bitirdikdən sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;

  • mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;

  • istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya.
VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?